İlon Mask uğur qazanmağına səbəb olmuş üç sadə addımı açıqlayıb
Ens.az xəbər verir ki, Tesla və Space X şirkətinin rəhbəri İlon Mask bir sahibkarın hansı keyfiyyətlərə malik olmalı olduğu barədə danışıb və bunun əldə olunmasına imkan verəcək üç addımı qeyd edib.
“Bunu qəbul etməlisiniz ki, səhv edə bilərsiniz. Məqsədiniz daha az səhv etməyi öyrənməkdir " İlon Mask Norveçdə keçirilən enerji konfransında verdiyi müsahibədə deyib.
Mask hesab edir ki, çevik və ətrafdakı situasiyadan asılı olaraq düşüncə tərzinizi dəyişməyə hazır olmağınız çox vacibdir.
Tesla rəhbərinin sözlərinə görə, işdəki problemləri daha tez və asanlıqla başa düşmək və nəticələrini minimuma endirmək üçün işin ilk günlərindən səhv ola biləcəyiniz fikrini qəbul etməlisiniz. Mask bunu necə ermək lazım gəldiyini izah edib
Başqalarından daha yaxşı olmaq üçün fürsətdən istifadə edin
Mask qeyd edib ki, Mars Oasis layihəsi çərçivəsində Mars-da koloniya salmaq üçün miniatür istixana qurmaq istəyəndə Rusiyaya gedib ki, qitələrarası ballistik raketlər (ICBMs) alsın. Həmin raketlərdən birinin dəyəri 8 milyon dollardır.
Sonra iş adamı həmin raketlərdən daha əlverişli olanlarını yaratmaq qərarına gəlib və bunun üçün öz şirkətini qurub.
"Böyük, təcrübəli rəqiblərin olduğu bir bazara girirsinizsə, məhsul və ya xidmətiniz onlardan daha yaxşı olmalıdır" SpaceX-in qurucusu deyib.
Tənqiddən qorxma
Mask-a görə, tənqid biznesin çiçəklənməsinin mənbəyidir.
“Gördüyünüz iş konstruktiv, düzgün əsaslandırılmış tənqidə məruz qalırsa, bu, qızıla bərabərdir. Tənqidlə maraqlanmalı, onu öözünüz də axtarmalısınız, xüsusən də dostlarınız arasında. Adətən, yaxın insanlar nəyin səhv olduğunu bilirlər, amma Sizi incitməmək üçün danışmaq istəmirlər "Mask bildirib.
Özünüzü ən yaxşılarla əhatə edin
Mask qeyd edib ki, iqtisadiyyat və fizika təhsili alsa da, cavablarını bilmədiyi suallarla tez-tez üz-üzə qalır və ətrafındakılardan məsləhət istəyir. Onun fikrincə, bəziləri ilə razılaşmasan da, fərqli mövqeləri diqqətlə dinləməyə dəyər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət