İlon Maska çin “qrin kartı” təklif etdilər
Dövlət Şurasının saytında xəbər verilir ki, ÇXR-nın Dövlət Şurasının başçısı Li Keçyan Tesla rəhbəri İlon Maskla görüşdə ona yaşayış icazəsi təklif edib.
Görüş Şanxayda Tesla zavodunun tikintisinə başlanması rəsmi mərasimini ərəfəsində keçirilib.
“Mən Teslanın şanxay zavodunu bütün dünya üçün nümunə etmək istəyirəm. Mən Çini çox sevirəm və tez-tez buraya gəlmək istəyirəm”, - Mask deyib.
Li Keçyan öz növbəsində qeyd edib ki, əgər Mask həqiqətən bu fikirdədirsə, onda ona xarici vətəndaşlar üçün daimi yaşayış icazəsi verilə bilər.
"Çox sağ olun", - Tesla rəhbəri bildirib.
Böhrandan çıxış yolu
Maskın daha əvvəl bildirdiyi kimi, tikintinin ilk mərhələsi bu yay başa çatmalıdır. İlin sonunda Model 3 elektromobillərin istehsalına başlaması planlaşdırılır. Müəsisə tam işə gələn ildə çıxmalıdır.
Telsa ABŞ xaricində ilk zavodunda ildə 500 min avtomobil buraxmağı planlaşdırır. İlkin məlumatlara əsasən, tikinti beş milyard dollara başa gələcək.
Vaşinqton və Pekin arasındakı ticarət müharibəsi və Çin tərəfindən amerika avtomobillərinə tətbiq etdiyi yeni gömrük rüsumları Teslanın çin bazarındakı vəziyyətini pisləşdirib. 2018-ci ilin üçüncü rübündə satışlar əhəmiyyətli dərəcədə aşağı düşüb.
Çətin məsələ
“Jenmin jibao” nəşrinin 2018-ci ildə xəbər verdiyinə görə Çində daimi yaşayış icazəsini almaq son dərəcə çətin məsələdir. Siz ya görkəmli şəxs olmalısınız, ya da digər çox yaxşı səbəbiniz olmalıdır.
2016-cı ilin sonundakı vəziyyətə əsasən və 2004-cü ildən başlayaraq, hökumət təxminən on min “qrin kart” verib. Bu şərəfə layiq görülmüş ilk xarici vətəndaş Çində 50 ildən çox yaşamış nüvə fikizi Coan Hinton oldu. Həmçinin Çində yaşayış icazəsinə iqtisadiyyat üzrə Nobel mükafatı laureatı Robert Mandell, kimya üzrə Nobel Mükafatı laureatları Kürt Vyutrix və Bernard Ferinqa, amerikalı basketbolçu Stefon Marberi malikdir.
Mənbə: Ria.ru
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət