Slimfit
  1. TEXNOLOGİYA

İlon Mask Tesla fabriklərində ağciyər havalandırma cihazları düzəltmək barədə danışıb

İlon Mask Tesla fabriklərində ağciyər havalandırma cihazları düzəltmək barədə danışıb
Sakura

İlon Mask Tesla fabriklərində ağciyər havalandırma cihazları düzəltmək barədə danışıb

Koronavirus pandemiyası ətrafında cərəyan edən hadisələrə etinasız görünsə də, məşhur biznesmen tibbi avadanlığın istehsalında hakimiyyətə kömək etməyə hazırdır

Bu günə qədər ABŞ-da 20 minə yaxın Covid-19 koronavirus infeksiyasına yoluxma halı qeydə alınıb və omlardan, 200-ü ölümcül olmuşdur. Bu rəqəmlər, məsələn, İtaliyadan və İspaniyadan nəzərəçarpacaq dərəcədə aşağı olsa da, ölkə hakimiyyəti artıq lazımi tibbi avadanlıqlarla bağlı problemlər barədə məlumat verir.

Martın 18-də Donald Tramp mətbuat konfransı keçirərək tibbi avadanlıq və cihazların çatışmazlığından danışıb "Biz artıq milyonlarla maska ​​sifariş etdik və daha milyonlara ehtiyacımız var" dedi. - Heç vaxt belə miqdar barədə düşünməyimiz lazım deyildi. <...> Bizə respirator lazımdır, [ağciyərlərin] havalandırılması üçün vasitələr lazımdır və bu böyük problemdir. " Müdafiə istehsalı haqqında qanuna toxunan Tramp, tibbi məhsulların istehsalına böyük biznesi cəlb etməyi planlaşdırdığını söylədi.

General Motors və Ford kimi bəzi avtomobil istehsalçıları artıq prezident administrasiyası ilə müvafiq mövzularda danışıqlar aparırlar. Bu şirkətlərin ən qısa müddətdə mexaniki havalandırma cihazlarının istehsalına başlaması mümkündür. Teslanın sahibi İlon Mask gözlənilmədən bu təşəbbüsə qoşulmağa hazır olduğunu göstərib.

Bundan əvvəl, iş adamı koronavirus və Vaşinqtonun pandemiya əleyhinə gördüyü tədbirlər barədə olduqca etinasız danışırdı. Məsələn, martın 6-da Mask Twitter-də "Koronavirus panikası axmaqlıqdır" yazmışdı. Həm də işçilərinə göndərdiyi məktublarda milyarder, koronavirusdan ölmə riskinin avtomobil qəzası ilə müqayisədə daha aşağı olduğunu və Covid-19-un ABŞ-da hətta sağlamlıq üçün 100 ən riskli təhlükəsindən biri olmadığını qeyd edirdi.

Bununla belə, bir çox Twitter istifadəçisi Maskın ehtiyatlılığına inanmağa davam edir. Onlardan biri, Raja adıyla qeydiyyatdan keçmiş şəxs " İlon ağılsız deyil yazıb. Peşəcə həkim olan Abbas adlı şəxs isə Teslanın qurucusundan havalandırma cihazları istehsalı üçün fabrikin ən qısa müddətdə yenidən təchiz edilməsini xahiş edib. “Mən sizin şirkıtinizin istehsal etdiyi Tesla maşınına sahibəm və şirkətinizi sevirəm. Bu mövzuda axmaq olmağı dayandırmalısınız. Bu, böyük bir fəlakətdir. Bu sahədə həkimlərdən soruşun "deyib.

Maskın qısa və tutumlu cavablı özünü çox gözlətməyib "Bir çatışmazlıq varsa cihaz istehsal etməyə hazırıq" deyə iş adamı yazdı. Bir az sonra, başqa bir istifadəçiyə cavab olaraq, İlon bu mövzuda ətraflı bir şərh verdi. O, mexaniki havalandırma cihazlarını dərhal istehsal etmək mümkün olmasa da, şirkət üçün çox çətin olmayacağını ifadə etdi, çünki "Tesla kompleks kondisioner və havalandırma sistemləri olan avtomobillər istehsal edir." Mask, zəruri cihazları istehsal edə biləcəyi digər şirkəti - həyatı dəstəkləyən avadanlıqla birlikdə kosmik gəmi istehsalında ixtisaslaşmış şSpaceX şirkətini də xatırlatdı.

Mənbə: naked-science.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan qadınları, Şuşa, Qarabağ, 1920

Redaktor seçimi

SON XƏBƏRLƏR