İlon Mask Marsa səyahət gəmisini göstərdi
“SpaceX” şirkəti “Starship” kosmik gəmisinin ilk sınaq uçuşunu həyata keçirməyə hazırlaşır. Şirkətin rəhbəri İlon Mask öz “Twitter” səhifəsində kosmik gəminin həqiqi fotosunu və onunla əlaqədar maraqlı videoçarx paylaşıb.
Oxu.Az xəbər verir ki, buna qədər BFR adlandırılan “Starship” kosmik gəmisi şirkətin konseptinə görə gələcəkdə Ay və Marsa səyahət etməyə imkan verəcək.
Kosmik gəmi dünyanın istənilən nöqtəsinə eniş edə biləcək. Buna qədər sosial şəbəkələrdə gəminin aşağıda göstərilən konsept təsviri yayılmışdı.
Bu şəkil isə “Starship”in həqiqi təsviridir.
İlon Maskın sözlərinə görə, kosmik gəminin orbital versiyası daha hündür, dərisi (korpusu) isə daha qalın və qırışsız olacaq. “Ulduz gəmisinin” hazırlanmasına daha çox vaxt sərf olunacaq.
Yeri gəlmişkən, bu gəmi ilə ilk olaraq yapon milyarder Yusaku Maedzava Aya uçacaq. O, “SpaceX” şirkətindən turizm vizası almış ilk müştəridir. Onunla birlikdə daha səkkiz nəfər göyərtədə yer alacaq. Həmin şəxslər incəsənət musiqi, kino və moda sahələrinin nümayəndələridir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət