Dərc edildi: Baxış sayı: 635
“Falcon 9” daşıyıcı raketinin ilk pilləsi Atlantik okeanına düşüb
“Falcon 9” daşıyıcı raketinin ilk pilləsi Atlantik okeanına düşüb.
Oxu.Az-ın məlumatına görə, bu haqda “SpaceX” şirkətinin rəhbəri İlon Mask “Twitter”də yazıb.
O, həmçinin pilləyə bərkidilmiş kameranın çəkdiyi video görüntüləri paylaşıb.
“Mühərriklər raketin dövr etməsini vaxtında tənzimlədiyinə görə, o suya eniş edərkən zədələnməyib! Gəmilər “Falcon”u xilas etmək üçün yola düşüblər”, - deyə sahibkar bildirib.
Raket “Dragon” kosmik gəmisi ilə birlikdə dekabrın 5-də Amerika Hərbi-Hava Qüvvələrinin Floridada yerləşən bazasından buraxılmışdı. O, Beynəlxalq Kosmik Stansiyaya qida məhsulları və elmi tədqiqatlar və eksperimentlər üçün materiallar çatdırmalıdır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət