Slimfit
  1. DÜNYA

İlon Mask dünyanın ən varlı insanlarının beşliyindəki yerini itirib

İlon Mask dünyanın ən varlı insanlarının beşliyindəki yerini itirib
Sakura

İlon Mask dünyanın ən varlı insanlarının beşliyindəki yerini itirib

"Tesla" və "SpaceX" kompaniyalarının qurucusu İlon Mask sutka ərzində 16,3 milyard dollar itirdikdən sonra dünyanın ən varlı insanlarının siyahısında ilk beşlikdən kənarda qalıb.

Ens.Az bildirir ki, AZƏRTAC bu barədə "Bloomberg" kompaniyasının tərtib etdiyi "Bloomberg Billionaires Index" (BBI) reytinqinə istinadla xəbər verir. Hazırda varidatı 82,2 milyard dollar təşkil edən İlon Mask reytinqin 6-cı pilləsində yer alır.

Agentliyin məlumatına görə, bu, BBI tarixində ən böyük birgünlük itki olub. Milyarderin varidatının kəskin azalması "Tesla" səhmlərinin ucuzlaşması ilə əlaqədardır. Bu ərəfədə səhmlər qiymətinin 21,06 faizini itirərək 330,21 dollara qədər ucuzlaşıb. Hələ sentyabr ayında kompaniyanın qiymətli kağızı 498 dollardan baha idi.

Hazırda BBI versiyasına görə dünyanın ən varlı insanları siyahısına "Amazon" kompaniyasının rəhbəri Ceff Bezos başçılıq edir - 186 milyard dollar. İkinci yeri kapitalı 121 milyard dollar həcmində qiymətləndirilən "Microsoft" kompaniyasının banisi Bill Qeyts tutur. "Facebook" sosial şəbəkəsinin qurucusu Mark Sukerberq 103 milyard dollarlıq varidatla üçüncü, "Louis Vuitton Moët Hennessy" qrupunun prezidenti Bernar Arno isə 85,5 milyard dollarlıq sərvətlə dördüncü pillədə qərarlaşıb. İlk beşliyi 82,4 milyard dollar kapitala malik sərmayəçi Uorren Baffet tamamlayır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xınalıq

Redaktor seçimi

SON XƏBƏRLƏR