İlon Mask dünyanın ən varlı adamları siyahısında üçüncü yerə yüksəldi
Amerikalı sahibkar İlon Mask dünyanın ən varlı adamları siyahısında Mark Zuckerberqi qabaqlayaraq üçüncü olub.
Ens.az KONKRET.az-a istinadən xəbər verir ki, bu haqda məlumatı Bloomberg nəşri yayıb.
Mütəxəssislərin fikrincə, 31 avqustda Tesla və SpaceX-in qurucusunun sərvəti 111,3 milyard dolları keçib.
Mask, Bloomberqin hesablamalarına görə 110,5 milyard dollar dəyərində aktivə sahib olan “Facebook”un qurucusundan daha varlı olub.
İkinci yeri 125 milyard dollarla Microsoft korporasiyasının qurucusu, amerikalı Bill Qeyts tutur.
Birinci yerdə isə dünyanın ən böyük onlayn pərakəndəçisi, “Amazon”un qurucusu Jeff Bezos qərarlaşıb. Onun sərvətinin 200 milyard dollar olduğu təxmin edilir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət