İlon Mask bəşəriyyətin qarşılaşacağı əsas problemdən danışdı
"SpaceX" və "Tesla" şirkətlərinin banisi olan ABŞ milyarderi İlon Mask hesab edir ki, 20 il sonra bəşəriyyətin qarşılaşacağı ən böyük problem demoqrafik kollaps olacaq.
Bu barədə "RİA Novosti" agentliyi məlumat yayıb.
"Mən doğuş məsələsindən narahatam. Planetdə insanların sayının həddən artıq çox olması barədə fikri köhnəlmiş hesab edirəm. Düşünürəm ki, növbəti 20 il ərzində bəşəriyyətin üzləşəcəyi ən böyük problem demoqrafik kollaps olacaq", - deyə İlon Mask bildirib.
Onun həmsöhbəti, "Alibaba" şirkətinin yaradıcısı olan Cek Ma bu fikirlə tam razılaşdığını vurğulayıb və demoqrafiya probleminə daha çox diqqət ayırmaq lazım olduğunu deyib.
"Ola bilsin ki, Çində yaşayan 1,4 milyard insan böyük rəqəm kimi görünür, lakin bu, növbəti bir neçə il ərzində Çin üçün böyük problemlər yaradacaq. Əhalinin azalması templəri artmaqda davam edəcək", - deyə Ma əlavə edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət