Slimfit
  1. AZƏRBAYCAN

İlkin Süleymanovun həbs müddəti bitməyib? – Rəsmi

İlkin Süleymanovun həbs müddəti bitməyib? – Rəsmi
Sakura
:0

İlkin Süleymanovun həbs müddəti bitməyib? – Rəsmi

Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın qətlində təqsirləndirilən İlkin Süleymanov barəsində məhkəmənin qərarı ilə seçilmiş həbs qətimkan tədbirinin müddəti martın 28-də bitir.

Bu barədə İlkin Süleymanovun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin bitməsi ilə əlaqədar Axar.az-ın sorğusuna cavab olaraq Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov deyib. O bildirib ki, həmin cinayət işi üzrə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində zəruri istintaq əməliyyat tədbirləri davam etdirilir.

Qeyd edək ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini N.Quliyeva ötən il noyabrın 21-də itkin düşüb, onun meyiti yanvarın 6-da yandırılmış halda tapılıb. Yanvarın 10-da isə hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü İ.Süleymanov saxlanılaraq istintaqa cəlb edilib.

Tovuz Rayon Məhkəməsi İ.Süleymanov barəsində 11 yanvarda 2 ay müddətinə həbs qətimkan tədbiri seçmişdi.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Zamanın qapısı"

Redaktor seçimi

SON XƏBƏRLƏR