Slimfit
  1. CƏMİYYƏT

İlkin Süleymanov son sözünü dedi

İlkin Süleymanov son sözünü dedi
Sakura

İlkin Süleymanov son sözünü dedi

14:40

Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanov son sözünü deyib.

Ens.az Axar.az-a istinadən xəbər verir ki,  hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən məhkəmə iclasında o özünü təqsirli bilməyib.

İ.Süleymanov son sözünün davamında ittihamları qəbul etmədiyini söyləyib və barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Növbəti məhkəmə prosesi iyunun 5-dək təxirə salınıb.

Xatırladaq ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini N.Quliyeva 2019-cu il noyabrın 21-də itkin düşüb, onun meyiti 2020-ci il yanvarın 6-da yandırılmış halda tapılıb. 2020-ci il yanvarın 10-da isə hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü İ.Süleymanov saxlanılaraq istintaqa cəlb edilib. Ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələrində nəzərdə tutulan ittiham elan olunub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşada Molla Pənah Vaqifin ağacdan oyma heykəli -1985-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR