Slimfit
  1. TEXNOLOGİYA

İlk süni insan yaradıldı

İlk süni insan yaradıldı
Sakura
:13

İlk süni insan yaradıldı

Samsung şirkətinin “Neon” layihəsi çərçivəsində yaratdığı süni insan həm əyləncə, həm də biznes üçün bələdçi, administrator və s. kimi istifadə edilə bilən realist avatardır.

Ens.az xəbər verir ki, Twitter-də Samsung şirkətinin ilk süni insanı təqdim etməyə hazır olduğu barədə bir mesaj paylaşıb. Onu “Neon” layihəsinin aparıcı mütəxəssisi hind alimi Pranav Mistri dərc edib.

“Kod nəhayət işləyir və CORE R3 demo versiyasına hazırdır. İndi o, ilkin məlumatlardan asılı olmayaraq öz mimikalarını idarə edə, hərəkət edə, danışa (hətta hindi dilində də) bilir”, - alim sevinir.

 

Pranav həmçinin layihə avatarlarından birinin şəklini də yerləşdirib. Reddit-dəki layihənin səhifəsində daha bir neçə süni insanın şəkilləri yerləşdirilib. Sonra onlar silinib, amma onları “kəsib” Youtube-a yerləşdirməyi bacarıblar. Qeyd etmək lazımdır ki, süni insanlar adi kompüter animasiyası kimi deyil, çox realist görünürlər..

“Neon” layihəsinin mütəxəssisləri üçün bir neçə sual var. Avatarlar nə dərəcədə komptürləşdirilib? Yəni, onlar insanların yüksək keyfiyyətli videolarına əsaslanır, yoxsa onlar sonradan canlanır? Daha önəmlisi isə bu avatarlar danışarkən nə qədər yaxşıdır və duyğuları varmı? Əldə edilmiş avatarları real insanlar kimi qəbul edilə bilər, yəni Samsung tərəfindən hazırlanan texnologiya irəliyə doğru böyük bir addımdır

Mistri hesab edir ki, rəqəmsal insanlar 2020-ci ilin əsas texnologiyasına çevriləcək. “Filmlərdə süni intellektin dünyamızla necə əlaqədə olduğuna dair bir çox nümunə var. Rəqəmsal insan bizim adi həyatımızın bir hissəsi ola bilər: virtual xəbər aparıcısı, virtual administrator və ya süni intellekt tərəfindən yaradılan bir kino olduz ola bilər”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İstanbulun təyyarədən görünüşü

Redaktor seçimi

SON XƏBƏRLƏR