Dərc edildi: Baxış sayı: 682
Həm musiqi, həm rəsm
Fransa incəsənətinə həsr olunmuş ilk sensorlu "L'Atelier des Lumieres" muzeyi açılıb. 2018-ci ilin aprel ayında açılan muzey Parisin şərqində yerləşir.
Milli.Az xəbər verir ki, yeni muzey sensor texnologiyası vasitəsilə rəsmlərin və orijinal musiqinin vəhdətini təqdim edir. Burada ən məşhur sənətçilərin şah əsərlərini musiqinin müşayiəti ilə dinləmək olur.
Bu təşəbbüs əsasən əlilliyi olan uşaqların incəsənət və mədəniyyət nümunələri ilə tanış olması, onların marağının cəlb edilməsinə yönəlib.
Muzeydə 120 rəqəmsal proyektor və 50 səsgücləndiricidən istifadə edilir.
"L'Atelier des Lumieres" cəmi 3 aydır açılmasına baxmayaraq, böyük diqqət cəlb edə bilib. Muzeyə həm böyüklər, həm də uşaqlar böyük maraq göstərir.
Afaq Rza
Ens.az
Qeydiyyat tarixi:
Ens.az - 4 dildə xəbərlər və ensiklopediya saytı
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət