Slimfit
  1. TEXNOLOGİYA

İlk özü bərpa olunan robot

İlk özü bərpa olunan robot
Sakura

Zədələndikdən sonra sürətlə bərpa olunan yumşaq robot hazırlanıb.

Bərk metallardan hazırlanmış robotlar maşınqayırmada və Marsın araşdırılmasında işin öhdəsindən gəlirlər, lakin kövrək obyektlərlə manipulyasiya və ya insan orqanlarının imitasiyası məsələsində yumşaq maşınlar daha yaxşıdır. Lakin onlar tez xarab olur – istənilən qırıq onu məhv edə bilər.

Bunu həll etmək üçün tədqiqatçılar azacıq qızdıranda özünü bəpra edən materialdan yumşaq robot hazırlayıb.  Bu elastometrin (“elastik polimer”) istifadəsinin hesabına mümkün olub. Qızdırdıqda elastometri bütöv edən molekulyar əlaqələr zəifləyir və əksinə orijinal kubaoxşar formaya keçməyə başlayır. İstiliyi götürün və əlaqələr yenə də möhkəmlənəcək.

Bir saatdan bir az artıq müddətdə korlanmış material praktik olaraq tamamilə bərpa olunur. Tədqiqatçıların fikrincə belə yumşaq robotlar iynə və deşiklərə dözə bilər. Hətta iki mərhələ regenerasiyadan sonra cihaz obyektləri tuta bilir və kiçilir.

Müəllif: Famil Ələkbərov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əliağa Kürçaylı məşhur xanəndə Cabbar Qaryağdıoğlunun qızı Şəhla xanımla evlənib.

Redaktor seçimi

SON XƏBƏRLƏR