İlk müsbət təəssürat yaratmaq üçün diqqət etməli olduğumuz 3 şey
Xoş ilk təəssürat yaratmağı kim istəməz? Bunu etmək üçün bir neçə sadə addım var: Gülümsəyin, göz təması qurun, danışmaqdan çox dinləyin və qarşınızdakı insana suallar verin. Bunları hamı edə bilər. Araşdırmalara görə, ünsiyyətdən sonra yaxşı təəssürat buraxdığını düşünən iştirakçıların, daha yaxşı təəssürat buraxdığı təsbit edilmişdir Bəlkə də, bunun səbəbi, digər insanların sizdən xoşları gələcəyini düşündüyünüzdə daha təbii və dostcasına davranırsınız.
Bütün bunlar qulağa xoş səslənir, amma əsl məsələ, çəkingən hiss etdiyinizdə də digər insanların sizi sevəcəyinə inanmaqdır. Tanımadığınız ya da narahat bir mühitdəsiniz, insanların sizi sevməyəcəyini düşünmək daha rahatdır və bununla da, ünsiyyətə girmədən öncə 1-0 geridə başlayarsınız.
Bəs, insanlarda xoş təəssüratı necə yarada bilərsiniz? “Məni sevəcəklər!” tərzində özünüzə etdiyiniz təlqin, kifayət qədər köməklik etməyə bilər. Bunun yerinə, hər kəsin sizin haqqınızda müsbət şeylər düşünəcəyinə köməklik edən bir neçə addımı sınaqdan keçirin.
1. Səmimi bir kompliment deyin.
Hər kəs təriflənməyə dəyər və təriflənməyi sevər. Mümkündürsə, tanış olacağınız insan haqqında öncədən bir az araşdırma aparın və əldə etdiyiniz məlumatlara görə müsbət “feedback” verin.
Araşdırma aparmaq mümkün deyilsə, suallar verin. Etdiyi şeyləri necə etdiklərini, onunla bağlı nəyi sevdiklərini, nələrdə çətinlik çəkdiklərini soruşun. Kompliment etmək üçün nəsə tapın. Beləcə, kompliment edilən insanlar onları uğurlu və önəmli hiss etdirdiyiniz üçün sizə minnətdarlıq edə bilərlər və müsbət bir təəssürat buraxa bilərsiniz.
2. İnsanların özləri haqqında danışmasına imkan verin.
İnsanlar özləri haqqında danışmağı sevirlər. Araşdırmalara görə, günlük söhbətlərimizin təxminən 40%-də insanlara nə düşündüyümüzü və ya hiss etdiyimizi danışırıq. İnsanlara özlərindən bəhs etmələrinə imkan verdiyinizdə, onlar özlərini yaxşı hiss edərlər və söhbət zamanı yaxşı bir tərəf müqabili təəssüratı yaradarsınız.
3. Sözlərinizi başqa sözlərlə əvəzləyin.
“İclasa getmək məcburiyyətindəyəm” yerinə, “Möhtəşəm insanlarla görüşəcəyəm” demək ya da “Bir vakansiya üçün bəzi namizədlərlə görüşməliyəm” yerinə “Komandamıza qatılacaq möhtəşəm insanları seçəcəyəm” demək arasındakı fərqi düşünün. Çox çətin bir şey deyil, elə deyilmi? Doğru sözləri seçmək, emosiyalarınıza da təsir edər. “İdmana getməyim lazımdır” yerinə “İdmana getmək istəyirəm” dediyinizdə, vaxt keçdikcə buna inanacaqsınız və bunu etməyi səbrsizliklə gözləyəcəksiniz. Ətrafımızda, xoşbəxt və motivasiyası yüksək olan insanları görməyi sevirik. Sağlamlığınız yerində və performansınız yüksək olduğunda, özünüzü xoşbəxt hiss edirsiniz və ətrafınızdakılar bunu hiss edərlər.
İnsanlara olan münasibətiniz onların da sizə olan münasibətlərinə təsir edər və qarşılıqlı sağlam bir münasibət qurulduğunda iki tərəf üçün də müsbət təəssürat yaranır. Sağlam bir münasibət qurmaq istəyirsinizsə, yuxarıdakı 3 məsləhətə diqqət etmək sizə faydalı ola bilər.
Mənbə: Moneta.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət