Dərc edildi: Baxış sayı: 888
İlk insan harda yaranıb? – Alimlər açıqladı
Harvana Tibbi Tədqiqatlar İnstitutunun alimləri aparılan genetik analizlər nəticəsində müasir insanın əcdadı sayılan Homo Sapiens ilk dəfə harada ortaya çıxdığını müəyyən ediblər.
Kult.az xəbər verir ki, bu məlumatı “Nature” jurnalı yayıb. Müasir insanların əcdadının Afrikada 200 min il əvvəl meydana gəldiyi və 130 min il sonra Yerin başqa bölgələrinə yayıldığı bildirilib.
Müasir insanın əcdadının Zambezi çayının cənubunda – Bostvana, Namibiya və Zimbabve ərazilərində ortaya çıxdığı vurğulanıb.
Alimlər, həmçinin, Homo Sapiens Sapiensin ilk məskunlaşdığı (və ya “peyda olduğu”) ərazini iqlim və tektonik dəyişikliklər, eləcə də göllərin quruması ucbatından tərk etdiklərini müəyyən ediblər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət