Slimfit
  1. MARAQLI

İlk görüşdə hansı səhvlərə yol vermək olmaz

İlk görüşdə hansı səhvlərə yol vermək olmaz
Sakura

Əgər görüş zamanı heç bir sual verməzsəniz, qarşıdakı adama elə gələcək ki, o sizə maraqlı deyil

İlk görüş- olduqca stressli məqamdır. Bir qayda olaraq, özümüzü ən yaxşı tərəfdən göstərməyə çalışırıq, bununla belə, tez-tez özümüz də dərk etmədən çeşidli səhvlərə yol veririk. Bəzən nəyi düz etmədiyimizi heç özümüz də bilmirik. Ens.az saytı ilk görüş zamanı çoxlarının yol verdiyi daha çox yayılmış səhvləri təqdm edir. 

Gecikmə

İlk görüşə heç zaman gecikməməlisiniz. Bu, xoş olmayan ilk təəssürat yaradır və sonradan düzəldilməsi çox çətin olur. Sizi gözləyən adam əsəbləşə və ümumiyyətlə çıxıb gedə bilər. Buna görə də görüş yerinə vaxtında çatmaq üçün çalışmalısınız. Əgər vaxtında yetişə bilməyəcəyinizi bilirsinizsə, bu barədə öncədən xəbərdar etməyiniz və yubandığınıza görə, yerində üzr istəməyiniz yaxşı olar. Bu cür davranış vəziyyəti xilas edə bilər. 

Sual verməmək

Əgər görüş zamanı heç bir sual verməzsəniz, qarşıdakı adama elə gələcək ki, o sizə maraqlı deyil. Odur ki, siz müxtəlif məslələrə dair suallar verməlisiniz, bu yolla marağınızı göstərir və uyğunsuz susqunluqdan yayınmış olarsınız. Utancaq adamlar və nə sual verəcəyi ilə bağlı ideyalarının olmayacağından ehtiyatlananlar, öncədən müxtəlif mövzu və suallar üzrə hazırlaşa bilərlər. 

Hədsiz şəxsi mövzular

İlk görüş – sağlıq durumu ilə bağlı söhbətlər üçün elə də uyğun zaman deyil. Xəstəlik tarixçəsi məsələsini sonrakı vaxta saxlamaq daha yaxşıdır. Əvvəlki münasibətlərinizə dair söhbət açmaq da düz gəlməz, belədə, qarşıdakı düşünə bilər ki, siz hələ də bu söhbəti qapamamısınız. Əgər sizdən, əvvəlki münasibətinizə dair soruşsalar, yaxşısı budur, o barədə xoş bir söz deyərək, başqa mövzuya keçəsiniz. İlk görüş üçün pul və yaşayış məsələləri də yersizdir, onları daha sonralar, bir-birinizi daha yaxşı tanıdıqda soruşmaq olar. 

Telefonu yoxlamaq

Dəqiqəbaşı telefona nəzər yetirmək – bu, sizin öz aləminizdə olduğunuza və ya darıxdığınıza işarədir. Bu da, çox kobud hərəkətdir. Həm də, görüşdüyünüz adam düşünə bilər ki, ona vaxt ayırmağa həvəsiniz yoxdur. Əgər telefonunuzu yoxlamaq lazımdırsa, üzr istəməli və izah etməli və ya müəyyən müddəyə tualetə getməlisiniz. 

Boşboğazlıq

Görüş zamanı həddindən artıq danışmaq lazm deyil, özəlliklə də durmadan özünüz barədə danışmaq doğru deyil. Əmin olun ki, yalnız siz danışmırsız, həm də dinləyirsiniz, sözünü kəsmədən. Əgər görsəniz ki, yeni tanışınız çox sakitdir, ona özü, maraqları,  ailə və həyat barədə sadə suallar vermək olar.

Artıq təvazökarlıq

Təvazökarlıq – cəlbəedici cəhətdir, ancaq aşağı özünüqiymət – yox. Buna görə də ilk görüşdə öz səhvləriniz və uğursuzluqlarınız barədə danışmağın yeri yoxdur. Daha çox təbəssüm göstərin və gülməli olduqda gülün, kompliment və hədiyyələri minnətdaqlıqla qəbul edin, siz buna layiqsiniz. 

Tərif

Əgər həyatınızda hər şey yolundadırsa, bu əladır, ancaq onu ilk görüşdə nümayiş etdirməyə ehtiyac yoxdur. Hər hansı uğurlarınız haqda sadəcə, ötəri xatrılamaq olar və bu yetər. Lakin öz müvəffəqiyyətləriniz haqqinda öyünmək qarşıdakı adamı təhqir edə bilər, xüsusən əgər onun işləri sizdən daha pisdirsə. 

Söz yox ki, bunlar ilk görüşdə yol verilməməli səhvlərin sadəcə bir hissəsidir. 

Mənbə: zhenskoeschastie.com

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Filin ürəyinin çəkisi 30kq-dır

Redaktor seçimi

SON XƏBƏRLƏR