Slimfit
  1. CƏMİYYƏT

İlk gecə reysi bu gün yola çıxır

İlk gecə reysi bu gün yola çıxır
Sakura

İlk gecə reysi bu gün yola çıxır

Gecə saatlarında sərnişindaşıma ilə bağlı 10 ildir tətbiq olunan məhdudiyyət aradan qaldırılıb. "Qafqazinfo"ya daxil olan məlumata görə, ilk gecə reysi bu gün saat 22:00-da Gəncə istiqamətində yola düşəcək

Eyni zamanda sərnişin tələbatının çox olduğu Bakı-Gəncə-Bakı, Bakı-Qırmızı Körpü-Bakı, Bakı-Məngəçevir-Bakı, Bakı-Tərtər-Bakı istiqamətlərində müəyyən olunmuş saatlarda həyata keçiriləcək. Gecə reyslərinin uğurla həyata keçirildiyi təqdirdə və tələbatdan asılı olaraq avtobusların sayının artırılaraq digər istiqamətlərə də tətbiq olunması planlaşdırılır.Reyslər sərnişindaşıma üçün tələb olunan bütün standartlara cavab verən “Neoplan” markalı avtobuslarla həyata keçiriləcək.

Sərnişinlərin təhlükəsizlik daşınması məqsədilə gecə reyslərində fəaliyyət göstərəcək avtobusların sürət həddinə məhdudiyyət qoyulub. Maksimal sürət həddi 90 km/saat müəyyən edilib. Bundan başqa bütün avtobusların içərisində (salonunda) kamera, GPS naviqasiya sistemi və video registratorlar quraşdırılıb və bu da dispetçer tərəfindən avtobusu canlı izləmə imkanı yaradacaq.

Gecə reyslərində çalışacaq sürücülərin hər biri yüksək peşəkarlıq qabiliyyəti olan, xüsusi təlim keçmiş sürücülərdir. Sürücülərə vahid geyim forması tətbiq olunacaq.

Avtobuslarda wi-fi və yol boyu pulsuz çay, qəhvə servisi mövcud olacaq.

Biletləri avtovağzalın kassalarından gündəlik və ya qabaqcadan satış kassalarından səfər tarixinə 10 (on) gün qalmışdan 1(bir) gün qabağa qədər əldə etmək mümkündür. “Onlayn” qaydada bilet sifariş etmək istəyən sərnişinlərsəfər tarixinə 10 gün qalmışdan 1 gün qabağa qədər “avtovagzal.az” saytı və ya mobil tətbiq (həm android, həm ios istifadəçiləri) üzərindən ala bilərlər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsan bütün həyatı boyu orta hesabla 100.000km qət edir

Redaktor seçimi

SON XƏBƏRLƏR