Dərc edildi: Baxış sayı: 681
İlk “DOST” yaxın günlərdə istifadəyə veriləcək - Prezident açılışa gedəcək
Yaxın vaxtlarda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST Agentliyi) və “DOST” mərkəzlərinin ilk binası açılacaq.
Oxu.Az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
Nazir qeyd edib ki, ilk “DOST” mərkəzlərinin yaradılması istiqamətində aparılan işlər yekunlaşmaq üzrədir:
“Hazırda binada təmir işləri aparılır. Yaxın günlərdə prezident İlham Əliyev tərəfindən ilk “DOST” mərkəzinin binasının açılışı olacaq”.
Sahil Babayev deyib ki, “DOST” mərkəzlərinin yaradılması birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsüdür.
İlhamə Əbülfət
Ens.az
Qeydiyyat tarixi:
Ens.az - 4 dildə xəbərlər və ensiklopediya saytı
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət