Slimfit
  1. AZƏRBAYCAN

İlk “DOST” mərkəzi ilin sonunda açılacaq

İlk “DOST” mərkəzi ilin sonunda açılacaq
Sakura

İlk “DOST” mərkəzi ilin sonunda açılacaq

Noyabrın 19-da vətəndaşlara xidmət edəcək sosial reyestrin təqdimat mərasimi keçiriləcək.

Oxu.Az-ın xəbərinə görə, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev parlamentdə 2019-cu ilin büdcə layihəsi ilə bağlı müzakirələrdə deyib.

Nazir bildirib ki, bu reyestr vasitəsilə hər bir vətəndaş öz şəxsi kabinetinə girərək sosial xidmət və müavinətlərinə dair bütün məlumatlarını əldə edəcək.

Onun sözlərinə görə, ilin sonuna qədər yığımlardan 80 milyon manat qənaət gözlənilir:

“Ünvanlı sosial yardım alanlar özünəməşğulluğa cəlb olunacaq. Hazırda özünəməşğulluğa cəlb olunmanın 40 faizi ünvanlı sosial yarımdan keçid edənlərdir. Əlillik sahəsində təyinatlarda 60 faiz azalma var”.

S.Babayev əlavə edib ki, əhaliyə “DOST” xidmətləri vasitəsilə də xidmət göstəriləcək:

“Bunun da 50 faizi elektron xidmətlər təşkil edəcək. Əksər məlumatlar vətəndaşın şəxsiyyət vəsiqəsi vasitəsilə toplanacaq. İlk “DOST” mərkəzinin də cari ilin sonunda açılması gözlənilir. Daha üç mərkəzin paytaxtda açılması nəzərdə tutulub”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səhra Aslanı Ömər Muxtar, Faşist İtalyan qüvvələri tərəfindən tutularaq edama aparılması

Redaktor seçimi

SON XƏBƏRLƏR