Dərc edildi: Baxış sayı: 703
İlk “DOST” (Dayanıqlı və Operativ Sosial Təminat) Mərkəzi bu ilin sonunda fəaliyyətə başlayacaq
İlk “DOST” (Dayanıqlı və Operativ Sosial Təminat) Mərkəzi bu ilin sonunda fəaliyyətə başlayacaq.
Bu barədə Oxu.Az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov deyib.
Onun sözlərinə görə, hazırda Bakıda mərkəzin hansı rayonda açılması barədə təhlil aparılır:
“İşçi qrupu ilk “DOST” Mərkəzinin Bakı şəhərinin hansı rayonunda açılması barədə apardığı təhlilin nəticəsindən sonra mərkəzin açılacağı rayon bilinəcək. Bu ərazi gələn ay açıqlanacaq”.
Fazil Talıbov qeyd edib ki, İlk “DOST” mərkəzi bu ilin sonunda açılacaq.
İlhamə Əbülfət
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət