Slimfit
  1. KOSMOS

İlk dəfə: Yerin asteroidlərdən qorunması üçün plan hazırlandı

İlk dəfə: Yerin asteroidlərdən qorunması üçün plan hazırlandı
Sakura

Yeni sxem Yerə uçan asteroidin qabağını almağa imkan verəcək

Yerin asteroidlərlə toqquşması təhlükəsi yoxdur. Hər halda, yaxın vaxtlarda səmada bizi təhdid edən bir şey görünmür. Ancaq 2029-cu ildə planetimizin yaxınlığından bir asteroid keçməlidir və buna görə öncədən hazır olmaq pis olmaz.

Ens.az xəbər verir ki, Massaçusets Texnologiya İnstitutunun ( MTİ) tədqiqatçıları vəziyyətin nəzarətdən çıxmasınadək asteroid toqquşmasının qarşısını almağın ən yaxşı yolunu müəyyənləşdirməyə kömək edəcək bir sistem hazırlamışlar.

Keçmiş aspirant Sung Vuk Pekin rəhbərlik etdiyi MIT alimlər qrupu, bu yaxınlarda yayımlanan bir araşdırmada yaxınlaşan asteroidin kütləsi və sürətini nəzərə alaraq müəyyən bir "qərar xəritəsini" təsvir edib və obyektin Yerin cazibə qüvvəsinə girən anadək qalan vaxtı hesablayıb: əgər asteroid "içəri" girərsə, toqquşma qaçılmaz olacaqdır.

MİT-də hazırlanan sistem yaxınlaşan asteroidin uçuş yolunu dəyişdirmək üçün üç fərqli ssenarini və üç həll yolu təsvir edir. Bu, mərmi buraxmaq, asteroidə doğru kəşfiyyatçı göndərilməsi və qalan vaxtı müəyyənləşdirməkdən ibarətdir . Kəşfiyyat məlumatlarını istifadə edərək mərmi ilə asteroidin uçuş traektoriyasını dəyişmək mümkündür.

Modeldə açar rolu oynayan amil iki və ya daha az tədqiq olunan cisim kimi Apophis və Bennu asteroidlərindən istifadə edərək simulyasiya zamanı hesablanmış vaxtdır.

Əgər ehtiyatda beş və ya daha çox il varsa, ən yaxşı həll iki skaut ( kəşfiyyat qurğusu) və sonra bir mərmi göndərmək olardı. 2-5 il ərzində toqquşma təhlükəsi varsa, ən uğurlu həll yolu bir kəşfiyyat qurğusu və ardınca Yerdən atəşə tutmaq olacaq. Yox əgər toqquşma vaxtına bir il qalırsa... Pis xəbər - belədə fəlakətin qarşısı alına bilməz.

Bu günə qədər kosmik obyektlərlə toqquşmanın qarşısını almaq üçün rəsmi plan, nüvə silahının istifadəsini - asteroidi vurmaqla ya onun traektoriyasını dəyişdirməyə nail olmaq və ya daha az təhlükəli parçalara bölünəcəyini nəzərdə tutur. Lakin bu plan tənqid olunur və nəticəsiz hesab olunur.

Mənbə: lenta.ua

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəkil çəkən it

Redaktor seçimi

SON XƏBƏRLƏR