İlk dəfə: Rus və türk orduları toqquşdu – İdlibdə qorxunc gəlişmə
Suriyanın İdlib bölgəsində ilk dəfə olaraq, Rusiya və Türkiyə Silahlı Qüvvələri arasında hərbi toqquşma baş verib.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya KİV-də məlumat yayılıb.
Məlumatda rus birləşmələrinin Türkiyə Hava Qüvvələrinin bombardmançılarına hücum etdiyi bildirilib. Bəzi məlumatlara görə, Rusiya Xüsusi Əməliyyat Qüvvələrinin bölmələri türklərə qarşı döyüşən Bəşər Əsəd qüvvələrinin quru qoşunlarına dəstək verib.
Türk artilleriyası və çoxsaylı raket sistemləri fevralın 20-də Neyrab kəndinə hücum edib.
Türk hərbçiləri Neyrab ətrafına sürətlə girməyə müvəffəq olub. Əvvəlcə Suriya hökumət qüvvələri artilleriya tərəfindən ağır atəşlə üzləşib, daha sonra itkilərlə geri çəkilmək məcburiyyətində qalıblar.
Həmin gün Rusiyanın Xmeymim aviabazasındakı “Su-24” bombardmançıları döyüşə hazır vəziyyətə gətirilib. Rus hava qüvvələri Neyrab yaxınlığındakı türk mövqelərinə zərbələr endirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət