Slimfit
  1. MARAQLI

İlk dəfə keçilər üçün bank yaradıldı

İlk dəfə keçilər üçün bank yaradıldı
Sakura

İlk dəfə keçilər üçün bank yaradıldı

Ölkədə keçi məhsullarına artan təlabatın ödənilməsi və keçi təsərrüfatlarının damazlıq təminatının gücləndirilməsi məqsədi ilə Türkiyədə “Təkəbank” adlı yeni qurum yaradılıb.

Fins.az xəbər verir ki, bu yolla cins keçi təkələrindən əldə olunacaq süni toxum bankı formalaşdırılacaq və ailə təsərrüfatlarında yayılacaq. Ankara Universitetinin dəstəyi ilə qurulan bank haqqında danışan Veterenar Fakultəsinin professoru Ali Daşkın bildirib ki, keçi sürülərində məhsuldarlıq göstəricilərinin artırılması üçün damazlıq-seleksiya işləri gücləndiriləcək. İlk növbədə Ankara keçisi (Tiftik və ya Anqora keçisi adı ilə də tanınır) cinsinin baş sayının çoxaldılması, ondan əldə olunan məhsulların artırılması həyata keçiriləcək. 

 

Ankara keçisi yun çıxımına görə tekstil sənayesi üçün vacib cins sayılır, vətəni Ankara bölgəsi sayılan keçinin son illər baş sayı sürətlə azalır. Cənubi Afrika, ABŞ, Kanada, Yeni Zellandiya, Fransa, Rusiyada keçi sürülərinin artması Türkiyəni narahat edir, çünki Ankara keçisi türklərə məxsus cins sayılır. Ankara Universiteti iki ildir ki, “Keçilərin süni toxumlarla artırılması” layihəsini həyata keçirdikdən sonra ayrıca bir toxum bankının qurulmasına qərar verilib:” Layihə çərçivəsində embirion nəqli, süni mayalandırma, əkiz və üçüz doğumların mümkünlüyü, keyfiyyətli toxumların əldə olunması öyrənildi, Ankara keçisi toxum bankının yaradılması qərara alındı. Keçi saxlayan heyvandarlar süni mayalandırmadan istifadə etmək üçün “Təkəbank”a müraciət edə bilərlər. Aparılacaq seleksiya işləri nəticəsində keçidə yun verimi 1 kq-dan 3,5 kq-a, sonrakı dövrdə isə 5 kq-a qaldırılacaq”-deyə professor bildirib.

 

Mənbə : Fins.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı qalasının bayır tərəfdən görüntüsü, 1890-cı il. O vaxt Aşumovski adlanan bu meydan hal-hazırda mövcud deyil. Müasir dövrdə, burada Sabir bağını görə bilərik.

Redaktor seçimi

SON XƏBƏRLƏR