Dərc edildi: Baxış sayı: 479
İlk dəfə İspaniyadan kənarda keçiriləcək La Liqa oyunu ilə bağlı seçim edilib
La Liqa rəhbərliyi tarixdə ilk dəfə İspaniya hüdudlarından kənarda keçiriləcək futbol matçı ilə bağlı seçim edib.
“Report” AS-a istinadən xəbər verir ki, XXI turun “Jirona” – “Barselona” oyununun ABŞ-da təşkil edilməsi planlaşdırılır. Təqvimə əsasən, görüş 2019-cu il yanvarın 27-də baş tutacaq.
Qeyd edək ki, La Liqa rəhbərliyi ilə “Relevant Sport” şirkəti arasında əldə olunmuş razılığa əsasən, İspaniya çempionatının bəzi oyunları yaxın 15 ildə ABŞ və Kanadada keçiriləcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət