İlk azərbaycanlı epidemioloq alim kim olub?
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxananın (MEK) “Vikipediya” Metodik Mərkəzinin könüllüləri tərəfindən Azərbaycan Xalq Cümhuriyyəti (AXC) parlamentinin qərarına əsasən dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilən tələbələrdən biri, ilk azərbaycanlı epidemioloq alim İsmayıl Axundov haqqında məqalə əsaslı redaktə olunub.
MEK-dən AZƏRTAC-a bildiriblər ki, məqalə ilə daha ətraflı
https://az.wikipedia.org/wiki/%C4%B0smay%C4%B1l_Axundov_(epidemioloq) linkində tanış olmaq mümkündür.
İsmayıl Axundov 1897-ci il dekabrın 8-də Şamaxıda doğulub. 1919-cu ildə indiki Bakı Dövlət Universitetinin tibb fakültəsinə qəbul olunan İ.Axundov 1920-ci ilin əvvəlində dövlət hesabına Lüdviq Maksimilyan adına Münxen Universitetinin tibb fakültəsində təhsilini davam etdirmək üçün Almaniyaya göndərilir.
Təcrübəli həkim, alim kimi Vətənə dönən İsmayıl Axundov Azərbaycanda tropikologiya sahəsində ilk professor olub. 1952-ci ildə Moskvada mehmanxanada baş verən yanğın onun həyatına son qoyur. Vaxtsız ölüm malyariyanın epidemiologiyasına, kimyəvi profilaktikasına və keçiricilərinə aid bir sıra əsaslı tədqiqat işlərinin müəllifi, eyni zamanda, yoluxucu xəstəliklərin tüğyan etdiyi Afrika ölkələrində epidemiyaya qarşı mübarizə aparmış azərbaycanlı professor İsmayıl Axundovun yüksək elmi və humanist ideallar uğrunda apardığı işləri də yarımçıq qoyur.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət