Dərc edildi: Baxış sayı: 972
İlk Anadili dərslikləri
İlk Anadili dərslikləri
XVIII əsr Azərbaycan alimi Əslən Ərdəbil şəhərindən olan Əbdürrəhim Ərdəbili Şirvaninin müəllifi olduğu “Məzhər üt-türki” dərsliyi (risalə) təxminən 270 il əvvəl, Nadir Şah Əfşar dövründə Qızılbaş türkcəsini qeyri-türklərə öyrətmək məqsədilə yazılıb
“Mirzə Kazım bəyin 1839-cu ildə yazdığı 556 səhifəlik “Грамматика турецко-татарского языка” (“Türk-tatar dilinin qrammatikası”) əsəri (daha sonra “Общая грамматика турецко-татарского языка”, Kazan, 1846) vaxtilə Azərbaycan dilini öyrənmək istəyən ruslar üçün ilk mükəmməl qrammatika dərsliyi və metodik vəsait olub. Üç hissədən ibarət olan bu əsərdə Azərbaycan dilinin fonetik, morfoloji və sintaktik quruluşu haqqında məlumatlar öz əksini tapıb.
Azərbaycan dilini yeni öyrənənlər üçün L.Budaqov tərəfindən tərtib edilmiş “Турецко-татарский букварь” (1844) dərsliyində Azərbaycan dilinin qrammatik qanunları, leksikası, cümlə quruluşu, təhlil prinsipləri və s. haq-qında izahat verilir.
T. Makarovun “Татарская грамматика кавказского наречия” (Tiflis, 1848) əsəri də Azərbaycan dilinin qrammatikası ilə bağlı ilk işlərdəndir.
1852-ci ildə Mirzə Şəfi Vazeh Tiflisdə dərs dediyi zaman Tiflis gimnaziyasının Şərq dilləri müəllimi Moskvada oxumuş, Mirzə Kazımbəyin tələbələrindən İ.Qriqoryevlə birlikdə “Kitabi-türki”, rusca isə “Татарская хрестоматия азербайджанского наречия” adlı dərslik yazıb. “Kitabi-türki”nin ikinci hissəsində əlifba sırası ilə “Татарско-русский словарь” verilib”.
1856-cı ildə “Татарский букварь” adlı Azərbaycan dili dərsliyi ikinci dəfə nəşr olunur.
“1857-ci ildə L.Budaqov Moskvada “Практическое руководство турецкого-татарского азербайджанского наречия” adlı dərslik çap etdirib. 20 dərsdən ibarət olan həmin dərslikdə əvvəlcə sözlərin fonetik və morfoloji quruluşu, bunların tərcüməsi, rusca verilmiş mətnin tərcüməsi, sonra ruscadan azərbaycancaya və azərbaycancadan ruscaya müqayisəli tərcümələr verilib, hər bölmənin sonunda mətndə olan sözlərin morfoloji təhlili və onların sintaktik xüsusiyyətləri izah edilib.
1861-ci ildə M.Ə.Vəzirovun tərcüməçilərə Azərbaycan dilini öyrətmək məqsədi ilə yazılmış “Учебник татарско-адербайджанского наречия” adlı dərsliyi çap olunub.
1866-cı ildə L. M. Lazarev “Türk dilinin müqayisəli müntəxəbatı” adlı dərsliyini Moskvada çap etdirmişdir. Ruslara türk (Osmanlı) və Azərbaycan dillərini öyrətmək üçün yazılmış 348 səhifəlik həmin dərslikdə prof. L.M.Lazarev Azərbaycan dilinin əhəmiyyətindən, onun Asiya ölkələri və Yaxın Şərqdə yayılmasından da bəhs edir. Kitabın sonunda qısa lüğət də verilib.
1877-ci ildə S.Ə.Şirvaninin tərtib etdiyi “Rəbiül-ətfal” (Uşaqların baharı) dərsliyi
1887 A.Tahirovun “Самоучитель татарского языка”
1889-cu ildə Rəşid bəy Əfəndiyevin yazdığı “Uşaq bağçası” dərsliyi də ana dilinin tədrisi sahəsində xüsusi yer tutur. Əsərin üzərində qeyd edilib: “Savadsız adam bu kitab ilə bir ayda oxur və yazır”. R.Əfəndiyev 1901-ci ildə “Bəsirətül-ətfal” adlı qiraət kitabı da çap etdirib. 226 səhifəlik dərslikdə orfoqrafiyaya dair məlumatlar da var.
1890 S.M.Qəniyevin “Полнейший самоучитель татарского языка кавказско-азербайджан-ского наречия” əsəri
1899-cu ildə N.Nərimanov “Türk-Azərbaycan dilinin müxtəsər sərf-nəhvi” dərsliyini yazıb. Bu dərslik orta məktəblərdə oxuyan azərbaycanlı uşaqlar üçün hazırlanmışdı.
Mirzə Məhəmməd Əfşarın “Fənni-sərfü nəhvi-türki” əsərini yazıb.
əsərdə həm sərf (morfologiya), həm də nəhv (sintaksis) məsələləri əhatə olunub.
1900 -ci ildə M.A. Abbaszadə “Birinci kitab. Əlifba”, “İkinci kitab. Qiraət” və şəriət dərslikləri ikinci dəfə çapdan çıxmışdır. Bundan başqa, onun “Türk dili. Qiraət” və “Lətaif” adlı dərs vəsaitləri, bir də “Məşq məcmuəsi” metodik göstərişi nəşr olunmuşdur.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət