Slimfit
  1. COĞRAFİYA

İlk addım gəlir: Rusiya və Türkiyədən dollar zərbəsi

İlk addım gəlir: Rusiya və Türkiyədən dollar zərbəsi
Sakura

İlk addım gəlir: Rusiya və Türkiyədən dollar zərbəsi

Rusiyanın sənaye və ticarət naziri rus avtomobil istehsalçısı olan şirkətlərin Türkiyə ilə ticarətdə milli valyutalardan istifadə məsələsinə toxunub

Rusiyanın avtomobil istehsalçılarının Türkiyə ilə ticarətdə dolların əvəzinə milli valyutalardan istifadə edəcəyi bildirilib.

Sputnik Türkiyə xəbər verir ki, Rusiyanın sənaye və ticarət naziri Denis Manturov verdiyi açıqlamada rus avtomobil istehsalçısı olan şirkətlərin Türkiyə ilə ticarətdə milli valyutalardan istifadə məsələsinə toxunub.

Nazir deyib: "İstehsalçılarımızın milli valyutalara keçib-keçmədiyini dəqiq olaraq deyə bilmərəm. Çünki istehsalçılarımızın sayı çoxdur. Lakin bir ay əvvəl bir sıra həmkarımızla keçirdiyimiz görüşlərə görə istehsalçılarımız yaxın bir zamanda yerli pul vahidləri ilə ticarətə keçməyə hazırlaşırdı".

Türkiyənin istehsalçı şirkətlərinin hazırda ticarətdə milli valyutaya məmnuniyyətlə keçdiyini deyən Manturov bildirib ki, milli valyuta ilə ticarət hər zaman riskdən qorunmağa yardımçı olur: “Lirə zəifləyib, rubl da bir az zəifləyib. Bizim üçün milli valyutalar ilə ticarət rahat olacaq”.



Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İlan özünün dili ilə ətraf mühitdən hissəciklər toplayır və onları ağız boşluğuna "analiz etmək" üçün göndərir. Bu prosedur ona qurbanını izləməyə və təhlükəni hiss etməyə kömək edir.

Redaktor seçimi

SON XƏBƏRLƏR