Slimfit
  1. TEXNOLOGİYA

İlin sonuna qədər insan beyni "kompüterə bağlana" biləcək

İlin sonuna qədər insan beyni "kompüterə bağlana" biləcək
Sakura

İlon Maskın Neuralink-i ilin sonuna qədər ilk implantları daxil etməyə başlayacaq

Ens.az bildirir ki, populyar podkast aparıcısı Joe Roqana müsahibə verən İlon Mask, insan-kompüter sinir interfeysi üzərində işləyən onun yeni layihəsi - Neuralinkin bu ilin sonuna qədər ilk implantları daxil etməyə başlaya biləcəyini söyləyib. "Prinsipcə, o beyində səhv olan hər şeyi düzəldə biləcək" Mask bildirib.

Neuralink, insan beynini kompüterə bağlayacaq yenilikçi neyron interfeysi olan "neyron krujeva" yaratmaq məqsədi ilə 2016-cı ildə qurulub. Startap ilk mərhələdə beyin əməliyyatında inkişaflarını tətbiq etməyə hazırlaşır: qurğular xəstələrə xəsarətlərdən sağalmağa və epilepsiya və Parkinson xəstəliyi kimi sinirlə əlaqəli xəstəliklərdə vəziyyətlərini yaxşılaşdırmağa kömək edəcək. Ancaq daha sonra texnologiya insanlara süni intellektlə rəqabət aparmaq imkanı verəcək. İlon Mask, dəfələrlə bildirib ki, sinir interfeyslərinin köməyi olmadan belə bir rəqabətdə insanın məğlubiyyəti şəksizdir.

"Hələ çox iş var" Mask söhbətində etiraf edib. "Buna görə deyərdim ki, bu il ərzində insana [neyron interfeysi] implantasiya etmək imkanımız ola bilər." Onun sözlərinə görə, həmin vaxta qədər texnologiya, zədə və ya xəstəlik səbəbiylə xəstələrdə itirilmiş funksionallığı bərpa etmək üçün onsuz da təsirli və etibarlı olacaq.

Mask təsdiqləyib ki, belə bir çip, görmə, eşitmə və ya əzaların hərəkətliliyini bərpa etmək, həmçinin bəzi neyroloji xəstəliklərin müalicəsində istifadə edilə bilər.

Çipin necə tam implantasiya ediləcəyini Neuralink, 2019-cu ilin yayında, texnologiyasını ilk dəfə ictimaiyyətə təqdim etdiyi zaman göstərmişdi. İmplantın özü, tikiş maşınına bənzəyən cihaz tərəfindən yumşaq toxuma içərisinə quraşdırılmış çevik, selofan kimi tellərdən hazırlanmışdır.

"Prinsipcə, beyində səhv olan hər şeyi düzəldə biləcəkdir" deyib Mask. Və uzaq gələcəkdə - bu insanın və süni intellektin simbiozunu təmin edəcəkdir".

Futuroloq Tim Rayli alqoritmlərin və insanların birləşməsindən də bəhs edir. Gələcəkdə, insanlar və maşınlar arasında ayrılıq olmayacağına inanır. Onlar bir-birinə o qədər yaxınlaşacaqlar ki, zamanla birləşəcəklər.

 

Mənbə: hightech.plus

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1987

Redaktor seçimi

SON XƏBƏRLƏR