Slimfit
  1. İDMAN

İlin ilk yarışı üçün İsrailə gedəcək millimizin heyəti bəlli oldu

İlin ilk yarışı üçün İsrailə gedəcək millimizin heyəti bəlli oldu
Sakura

İlin ilk yarışı üçün İsrailə gedəcək millimizin heyəti bəlli oldu

24-26 yanvar tarixlərində cüdo idman növündə ilin ilk beynəlxalq turniri keçiriləcək.

Oxu.Az-ın xəbərinə görə, cüdo millimiz İsrailin paytaxtı Təl-Əvivdə Qran-Pri yarışına çıxacaq.

Millimiz orada 18 idmançı – 12 kişi və altı qadın cüdoçu ilə təmsil olunacaq. Həmin idmançılar bunlardır:

Kişi millimiz: Rövşən Əliyev, Rəşad Yelkiyev (hər ikisi -60 kq), Orxan Səfərov, İbrahim Əliyev (hər ikisi -66 kq), Rüstəm Orucov, Hidayət Heydərov (hər ikisi -73 kq), Murad Fətiyev (-81 kq), Məmmədəli Mehdiyev, Tural Səfquliyev (hər ikisi -90 kq), Elmar Qasımov (-100 kq), Uşanqi Kokauri, Şahin Qəhrəmanov (hər ikisi +100 kq);

Qadın millimiz: Aişə Qurbanlı, Leyla Əliyeva (hər ikisi -48 kq), Gültac Məmmədəliyeva, Buyanxişiq Purevsuren (hər ikisi -52 kq), İçinxorlu Munxtsedev (-57 kq), İrina Kindzerskaya (+78 kq).

Qeyd edək ki, bu yarışda 55 ölkədən 438 cüdoçu yarışacaq. Bunlardan 245-i kişi, 193-ü isə qadın idmançı olacaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Axan bir çayın kənarında olsanız belə, suyu israf etməyin" Məhəmməd peyğəmbər Avstraliyada suların üzərində yazılıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR