Slimfit
  1. CƏMİYYƏT

İlin ilk Günəş tutulması Azərbaycanda da müşahidə ediləcək

İlin ilk Günəş tutulması Azərbaycanda da müşahidə ediləcək
Sakura

İlin ilk Günəş tutulması Azərbaycanda da müşahidə ediləcək

İyun ayının 21-də, yay Günəş duruşu günündə 2020-ci ilin həlqəvari Günəş tutulması gerçəkləşəcək.

Ens.az xəbər verir ki, Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından Trend-ə verilən məlumata görə, tutulma hadisəsi saat 07:46-da başlayacaq və saat 13:34-də sona çatacaq. Tutulmanın maksimumu saat 10:41-də olacaq. Bu təbiət hadisəsi 5 saat 48 dəqiqə davam edəcək.

Günəş tutulması Afrika, cənub-şərqi Avropa və Asiyada müşahidə olunacaq. Tutulmanın həlqəvari fazasını isə Mərkəzi Afrika Respublikası, Konqo və Efiopiya da daxil olmaqla Afrikanın bir hissəsindən, Cənubi Pakistan, şimali Hindistan və Çindən müşahidə etmək mümkün olacaq. Bu ölkələrin sakinləri tutulmanın maksimum fazasında tutulma ətrafında xarakterik yanar həlqə görəcəklər.

Azərbaycan ərazisində isə Günəş tutulması qismən müşahidə olunacaq. Tutulma Azərbaycan ərazisi üçün saat 08:47-də başlayıb saat 11:05-də sona çatacaq və bu proses 2 saat 18 dəqiqə davam edəcək.

Qeyd edəki, 2020-ci ildə növəti Günəş tutulması dekabrən 14-də baş verəcək və bu tutulma tam Günəş tutulması olacaq.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Günəş batması - kosmosdan görünüş

Redaktor seçimi

SON XƏBƏRLƏR