Slimfit
  1. MƏDƏNİYYƏT

İlin əvvəlindən bəri Sumqayıtın Tarixi Muzeyi 5 minə yaxın ziyarətçiyə xidmət göstərib

İlin əvvəlindən bəri Sumqayıtın Tarixi Muzeyi 5 minə yaxın ziyarətçiyə xidmət göstərib
Sakura

İlin əvvəlindən bəri Sumqayıtın Tarixi Muzeyi 5 minə yaxın ziyarətçiyə xidmət göstərib

1967-ci ildən fəaliyyət göstərən Sumqayıtın Tarixi Muzeyi 15 minə yaxın eksponatı ilə keçmiş tariximizi gələcək nəsillərə çatdıraraq, ildən-ilə ekspozisiyalarını zənginləşdirir. Sumqayıt Regional Mədəniyyət İdarəsinin tərkibində fəaliyyət göstərən, zəngin fondu ilə seçilən Sumqayıtın Tarixi Muzeyi şəhər sakinlərinin və qonaqların daim üz tutduğu məkandır.

Muzeyin elmi katibi Sənurə Lazımova AZƏRTAC-ın müxbiri ilə söhbətində bildirib ki, bu ilin 8 ayı ərzində 5 minə yaxın yerli, 100-dən çox əcnəbi ziyarətçiyə xidmət göstərilib.

Elmi katibin sözlərinə görə, hər il muzey ənənəvi olaraq üç istiqamətdə - toplama, elmi-maarifləndirici, təşkilati işlər əsasında nəzərdə tutulmuş mövzular üzrə əhəmiyyətli əşyalar əldə edir: "Bu ilin altı ayında 70 ədəd əşya toplanıb, onlardan 57-si əsas fonda daxil edilib. Tarix etibarı ilə ən qədim eksponat eradan əvvəl XII-XI əsrlərə aid olan yağ, süd saxlamaq üçün nəzərdə tutulan saxsı küpələrdir. Sumqayıtın ərazi tarixi ilə bağlı ən qədim eksponat saxsı şərab dolçasıdır ki, onun da yaşı XII əsrə gedib çıxır”.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

General Əliağa Şıxlinski Molla Vəli Vidadinin nəticəsidir.

Redaktor seçimi

SON XƏBƏRLƏR