İlin ən yaxşı stadionları açıqlanıb
2019-cu ilin ən yaxşı stadionu müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, 10-cu dəfə keçirilən “İlin stadionu” nominasiyasının qalibi adına Yaponiyanın paytaxtı Tokiodakı Milli stadion layiq görülüb.
2021-ci ildə təşkil olunacaq Yay Olimpiya Oyunlarının açılış və bağlanış mərasimlərini qəbul edəcək arena ötən il istifadəyə verilən 21 stadion arasındakı səsvermədə digərlərini qabaqlayıb. İkinci yeri Budapeştdəki (Macarıstan) “Puşkaş Arena”, üçüncü pilləni Sidneydəki (Avstraliya) “Benkvest” stadionu tutub.
İlk “onluq”da “Al-Canub” (Qətər), “Tottenhem” (İngiltərə), “VTB Arena” (Rusiya), “Nyu Klark Siti Atletiks” (Filippin), “Teqelne pole” (Slovakiya), Uxan idman mərkəzinin stadionu və Datun idman parkının stadionu (hər ikisi Çin) da yer alıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət