Slimfit
  1. AVTO VƏ MOTO

İlin ən yaxşı 10 mühərriki açıqlandı

İlin ən yaxşı 10 mühərriki açıqlandı
Sakura

İlin ən yaxşı 10 mühərriki açıqlandı

Nüfuzlu WardsAuto amerikan nəşrinin ekspertləri  güc, fırlanma anı, qənaətcillik, innovativlik və küylülük üzrə güc quraşdırmasını qiymətləndirərək ən yaxşı mühərriklərin reytinqini tərtib ediblər.

Ən yaxşılardan ən yaxşısını seçmək üçün jurnalistlər müxtəlif mühərrikli 34 avtomobili test etdilər ki, onlardan da 10 modeli seçdilər. Özü də sınaqlar üçün ABŞ bazarında satılan və 62 min dollardan baha olmayan modellər seçildi. Ola bilsin ki, məhz buna görə ilk onluğa amerikalılar arasında məşhur olan üç pikap mühərriki daxil oldu.

WardsAuto versiyasına əsasən ən yaxşı 10 mühərrik:

  1. Infiniti QX50-dən dörd silindrli 2.0L VC-Turbo (268 at gücü);
  2. BMW X5-dən 3.0 Turbocharged I-6;
  3. Ford Mustang GT və Bullitt-dən 5.0 V8 (460 və 480 at gücü);
  4. Chevrolet Silverado-dan 6.2 (420 at gücü);
  5. Ford F-150-dən 3.0 Power Stroke Diesel V6 (250 at gücü);
  6. Hyundai Kona EV-dən 150 kVt-lıq elektrik mühərriki;
  7. Hyundai Nexo FCV-dən 120 kVt-lıq yanacaq elementləri ilə işləyən mühərrik;
  8. Honda Accord Hybrid modelindən hibrid güc quraşdırması; 2.0 i-VTEC 4-Cyl və bir cüt elektrik mühərriki (ümumi gücü 212 at gücü);
  9. Lexus UX 250h modelindən hibrid güc quraşdırması: iki litrlik daxili yanma mühərriki və üç elektrik mühərriki (ümumi ötürmə 178 at gücü) ;
  10. Ram 1500-dən 3.6 Pentastar eTorque V6 (305 at gücü).

Mənbə: Rambler.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Florida, ABŞ

Redaktor seçimi

SON XƏBƏRLƏR