Slimfit
  1. İDMAN

İlham Zəkiyev: “Mənə zəng elədilər ki, sənin qisasın alındı”

İlham Zəkiyev: “Mənə zəng elədilər ki, sənin qisasın alındı”
Sakura

İlham Zəkiyev: “Mənə zəng elədilər ki, sənin qisasın alındı”

Bu gün bir xalq olaraq qürurverici günlər yaşayırıq. Çünki 30 ilə yaxın vaxt ərzində erməni tapdağında olan torpaqlarımızı azad edirik. Peşəsindən asılı olmayaraq hər kəs ordumuzla fəxr edir və zəfəri yaxınlaşdırmaq üçün əlindən gələn köməkliyi göstərir. İdamançılarımız da qalib ruhlu əsgərlərimizin yanındadırlar.

Ens.az xəbər verir ki, Yeniavaz.com hazırda cəbhə xəttində baş verən hadisələrlə bağlı Qarabağ qazisi və paralimpiya çempionu İlham Zəkiyevin Cempion.az-a müsahibəsini təqdim edir. Qeyd edək ki, İlham Zəkiyev 1999-cu ilin fevralında Füzuli rayounun Aşağı Əbdürrəhmanlı kəndində döyüş tapşırığını yerinə yetirərkən düşmən snayperinin gülləsinə tuş gəlib. Namərd gülləsi İlhamın həyatını qaraltdı. Lakin onun həyata və yaşamağa olan sevgisini öldürmədi. Əksinə onu daha da əzmlə və inamla həyatına davam etməyə sövq etdi.

- Qarabağ döyüşçüsü kimi hazırda cəbhədə baş verən hadisələr haqqında fikirləriniz nədir? 

- Şükür Allaha ki, sevindirici xəbərlər gəlir. Ali Baş komandanın rəhbərliyi altında ordumuz irəliləyir. Hər dəfə azad olunmuş kəndlərin rayonların xəbərini eşidəndə sevinirəm, qürurlanıram. Çox qürurverici günlər yaşayırıq. Ali Baş Komandanımız və ordumuzla fəxr edirəm. Əlbəttə ki, müharibə varsa, itkilərimiz də olacaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin, yaxınlarına səbr verisn. Yaralı əsgərlərimizə də şəfa diləyirəm. 

 - Ordumuz artıq xeyli əraziləri işğaldan azad edib. Həmçinin sizin namərd gülləsinə tuş gəldiyiniz kənd də hərbiçilərimizin nəzarəti altındadadır. Bu sizə hansı hissləri yaşadır? 

 - O kənd azad olunanda mənə zəng elədilər ki, İlham, sənin qisasını aldıq. Dedim ki, tək mən deyiləm bütün şəhidlərimizin və qazilərimizin qisası alınmalıdır. Bayrağımız Şuşada, Xankəndində və digər işğal altında olan torpaqlarımızda dalğalanmalıdır. 

 - İllərdir tənqid edilən Azərbaycan gəncliyi bu gün əldə silah işğal edilmiş torpaqlarımızı azad edir. Müasir gənclərimiz haqqında nə düşünürsünüz? 

 - Mən bu günkü Azərbaycan gənləri ilə fəxr eləyirəm. Onlar heç Qarabağı görməyiblər. Gənclər birinci Qarabağ savaşının şahidi olmayıblar. Amma necə mərdliklə döyüşürlər. Mən cəbhə bölgəsinə getdim. 21 il öncə yatdığım hərbi xəstəxananı  ziyarət elədim. Orada yaralı əsgərlərlə maraqlı dialoqumuz oldu. Mən yaralı əsgərlərimizə dedim allahın köməyi ilə tezliklə sağalıb evinizə dönərsiniz. Onlar dedilər ki, xeyir biz evə deyil yenidən cəbhəyə döyüşməyə gedəcəyik. Bu cür gəncliklə yalnız fəxr eləmək olar. 

- Idman dili ilə desək biz nəhayət ki, düşmənə iponla qalib gələ bilərikmi, ya ümid yenə qızıl xala qalacaq? 

 - Yarışlarda olduğu kimi burada da hakim haqsızlığı var. İdman meydanında qayadalardan kənara çıxanda idmançılara xəbərdarlıq edilir. Ancaq biz görürük ki, düşmən müharibə qaydalarını pozur. Mülkü insanların yaşadıqları əraziləri raket atəşinə tuturlar. Cəbhə xəttindən yüz kilometrlərlə üzaqlıqda yerləşən Gəncədə mülkü insanların yaşadıqları binanı vurdular. Mingəçevir və Xızıya raket atırlar. Bu bizi məyus edir. Ancaq ordumuz döyüş meydanında onların cavabını yetərincə verir. İnşallah qələbə bizimlədir. 

 - Özünüz də vurğuladınız ki, hakimlər burada ədaslətsizlik eləyirlə. Elə isə bizim həm haqlı, həm də qalib tərəf kimi bu haqsızlığa reaksiyamız nə olmalıdır? 

 - Cənab prezident çox gözəl qeyd edib ki, “Mən nəyi, nə vaxt və necə eləmək lazım olduğunu bilirəm”. Mən inanıram ki, Ali Baş Komandan nə lazımdır onu edəcək. Bu gün müharibə tək döyüş meydanında getmir, həm informasiya həm də, siyasi müharibə gedir. Prezidetin başçılığı altında bütün əbhələrdə üstünük. 

 - Yəqin ki, bu vaxta qədər erməni rəqiblərlə qarşılaşmısınız? Onlara qalib gəlməyin ən idial variantı nədir? 

 - (Gülür) Ancaq təmz qələbə. Onlara şans vermək olmaz. 

 - Bir çox beynəlxalq yarışlarda bayrağımızı siz dalğalandırmısınız. Yəni bayrağın nə qədər müqəddəs varlıq olduğunu bilirsiniz. Elə isə 30 ildir həsrət qaldığımız torpaqlarda bayrağımızın dalğalanması sizin üçün nə deməkdir? 

 - Bu sözlə ifadə olunmaz hisslərdir. Mən səbirsizliklı gözləyirəm ki, bizim üç rəngli bayrağımız Şuşada və xankəndində dalğalansın. Mən bayrağımızı işğaldan azad edilmiş torpaqlarda dalağalndıran əsgərlərimizi və zabitlərimizi qucaqlayacam, onları təbrik edəcəm. Füzulidə və Cəbrayildə bayrağımızı dalğalandıran Mais Bərxudarovu səbirsizliklə gözləyirəm. Gələcəkdə uşaqlaımızın gündəliklərində torpaqlarımızın işğal günü yox, azad olunma günü qeyd edilər. Allah əsgər və zabitlərimizi qorusun. Hər bir sağ-salamat zəfərlə, qələbə ilə evlərinə dönsünlər. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İstanbulun təyyarədən görünüşü

Redaktor seçimi

SON XƏBƏRLƏR