Slimfit
  1. MƏDƏNİYYƏT

İlham Rəhimli: "Qapıda duran mühafizəçi aktyorlardan iki-üç dəfə çox maaş alır"

İlham Rəhimli: "Qapıda duran mühafizəçi aktyorlardan iki-üç dəfə çox maaş alır"
Sakura

İlham Rəhimli: "Qapıda duran mühafizəçi aktyorlardan iki-üç dəfə çox maaş alır"

"Əvvəllər Mədəniyyət Nazirliyinə gedəndə elə bil gömrükdən keçirdik".

"Report" xəbər verir ki, bunu teatrşünas, Əməkdar incəsənət xadimi İlham Rəhimli “Azərbaycan teatrı - 150: inkişaf perspektivləri” mövzusunda keçirilən Teatr Forumunda deyib.

"Nə biz onları tanıyırdıq, nə də onlar bizi. Amma indi vəziyyət dəyişib. Buna görə mədəniyyət nazirinin birinci müavini, nazir səlahiyyətlərini icra edən Adil Kərimliyə təşəkkür edirəm", - o bildirib.

Teatrşünas söyləyib ki, özəl müəssisələrdə qapıda duran mühafizə xidmətinin əməkdaşları aktyorlardan iki-üç dəfə artıq maaş alır.

İ.Rəhimli teatrların kommunal xərclərdən azad edilməsini təklif edib: "Həmçinin teatr jurnalı təsis edilsin".

 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyada ilk saç feni

Redaktor seçimi

SON XƏBƏRLƏR