Slimfit
  1. SİYASƏT

İlham Məmmədov: Azərbaycan pandemiyaya qarşı mübarizədə dünyaya bir nümunə təqdim etdi

İlham Məmmədov: Azərbaycan pandemiyaya qarşı mübarizədə dünyaya bir nümunə təqdim etdi
Sakura

İlham Məmmədov: Azərbaycan pandemiyaya qarşı mübarizədə dünyaya bir nümunə təqdim etdi

Bu gün dünyanın başlıca qayğısı yeni növ koronavirusa qarşı mübarizəni uğurla başa çatdırmaqdır. Təbii ki, ölkələri pandemiyadan sonra onun iqtisadi, sosial, mədəni və digər sahələrdə yaratdığı problemlərin həlli kimi olduqca çətin və məsuliyyətli dövr də gözləyir. Həyat göstərir ki, dövlətlər və millətlər qarşılaşdıqları çətinliklərdən, böhrandan o zaman qalibiyyətlə çıxırlar ki, onlar mübarizəni birgə aparırlar, ən çətin anlarda ümumi amal və məqsəd naminə birləşməyi bacarırlar.

Ens.az  Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı İlham Məmmədov deyib.

İ.Məmmədov bildirib ki, bu danılmaz bir faktdır ki, Azərbaycan pandemiyaya qarşı mübarizədə dünyaya bir nümunə təqdim etdi:

"Möhtərəm Prezidentin rəhbərliyi altında həyata keçirilən operativ tədbirlər virusun geniş yayılmasının qarşısını aldı, xəstəliyə yoluxmuş insanlar böyük əksəriyyətlə effektiv müalicə üsulları sayəsində sağlıqlarına qovuşdular. Ümumdünya Səhiyyə Təşkilatlnın baş direktoru pandemiyaya qarşı mübarizədə Azərbaycanı nümunə göstərdi, təşəkkür etdi. Bütün bunlarınsa arxasında, bir daha vurğulamaq istəyirəm ki, Prezident İlham Əliyevin səmərəli fəaliyyəti, yaranmış vəziyyətdə çevik şəkildə situasiyanı ələ almaq, idarəetmə bacarığı dayanır".

Deputat vurğulayıb ki, dövlət başçısı hər zaman olduğu kimi, pandemiya səbəbilə tətbiq edilən karantin dövründə də ölkə əhalisinin yaşam və güzəran qayğısına qaldı, xalqı ilə bir yerdə olduğunu nümayiş etdirdi:

"İndi ölkəmiz addım-addım əvvəlki həyatına doğru gedir. İnsanlar daha çox ümidlidirlər, ovqatlar yüksəkdir. Hərəkət və fəaliyyət məhdudluğunın sonlanacağı günü səbirsizliklə gözləyirlər. Bütün bunlar olduqca gözəldir, insana qürur verir. Amma yenə də adını müxalifət qoyan qüvvələrin gözləri kor, qulaqları kardır. Bütün bunları nə eşidir, nə də görürlər. Əksinə, bədbin proqnozları böyük şövqlə müxtəlif sosial şəbəkələr vasitəsilə tirajlayırlar. Vətən, xalq qarşısında heç bir xidməti olmayan mənəviyyatsız, antimilli qüvvələr Azərbaycanın bugünkü inkişafına təkcə ağız büzməklə qalmır, ölkənin beynəlxalq imicinə zərər vurmağa çalışır, insanları qanunsuz hərəkətlərə səsləyir, bir sözlə, ölkədəki nizamı, sakitliyi pozmağa can atırlar.

Sevindirici haldır ki, müdrik xalq belələrinin əsil simasını yaxşı tanıyır, məqsəd və məramının nədən ibarət olduğunu gözəl bilir və onları rədd edir. Hakimiyyət tərəfindən təklif olunan dialoqdan qaçan, ölkədə keçirilən ədalətli və şəffaf seçkilərdə məğlub olacağını bildiyindən onu bəhanələrlə, öz aləmlərində, boykot edən, mitinq çağırışı ilə uzağı 200 (əksəriyyəti də öz qohum-əqrəbası olan)insanı icazəsi verilən meydana toplaya bilməyən dırnaqarası demokratiya aşiqləri hər gün müxtəlif saatlarda Sevinc Osmanqızının, Qənimət Zahidin efirlərindən o iqtidara çamur atmaqla, böhtan yağdırmaqla məşğuldurlar ki, onların az qala məhv etməkdə olduqları Azərbaycana bir ölkə, azərbaycanlılara isə bir xalq kimi sahib çıxıb, öndərlik edib, lider olub və bu günlərə gətirib.

Azərbaycan indi dünyanın ən zəngin, gözəl ölkələrindəndir. Bunu danmaq nümkünsüzdür. Respublikada 2004-cü ildən bəri həyata keçirilən regionların sosial-iqtisadi inkişafı dövlət proqramları Azərbaycanı başdan-başa gözəlləşdirib, müasirləşdirib. İqtisadi inkişafa nail olmuşuq. Xalq firavanlıq içərisində yaşayır. Belə olduğu halda, ”sizə necə bir Azərbaycan lazımdır?” sualını Əli Kərimliyə, Cəmil Həsənliyə, onların xidmətində durmaqdan xüsusi zövq aldığı nəzərdən qaçmayan Sevinc Osmanqızına vermək istərdim, amma cavabı hər kəsə bəlli olan sualı verməyə nə hacət? Kim bilmir ki, əlisi də, cəmili də, onların böyür-başında züy tutanları da layiq olmadıqları vəzifə-kürsü sevdasının əsiridirlər, hakimiyyət hərisidirlər. Bunları nə Vətənin, nə də xalqın taleyi maraqlandırır. Cəmil, Əli, Qənimət, Sevinc bir yana, bir də bunların yandaşları var. Ölkədə törətdikləri qanunsuz əməllərin məsuliyyət və cəzasından kənar olmaq səbəbilə Avropaya qaçan, adını çəkməklə şərəfləndirmək istəmədiyim, siyasətlə uzaqdan-yaxından əlaqəsi olmayan bu oyunbazların işi isə üfunət iyi verən çıxışlarla öz ”liderlərinə” sədaqətlərini nümayiş etdirmək və “dəstək” verməkdir.

Bir-biri ilə yola getməyən, küçə ifadələri ilə bir-birini təhqir edən, casus, xəyanətkar adlandıran, ağalarından aldıqları “zəhməthaqqını” bölüşmək üstündə savaşa çıxan bu üzdəniraqlar fikir çaşdıracaqlarını, ara qarışdıracaqlarını düşünürlər. Pandemiya, neftin dəyərdən düşməsi yaman döşünə yatıb bu vələdüzinaların. Qınanmalı da deyil, xislətləri budur. Amma cənab Prezidentin zəkası, uzaqgörənliyi ilə bu insancıqların əldə dəstəvuz etdikləri “təhlükələrin” təsirləri ən qısa zamanda aradan qaldıracaqdır. Çünki qeyri-neft sektorunun inkişafı, dayanıqlı iqtisadiyyat ölkəmizi onların arzu etdiyi uğursuzluğa yuvarlanmaqdan qorumağın etibarlı təminatıdır.

Bu ilin birinci rübü ərzində Azərbaycanda qeyri-neft sektoru üzrə ixracın 3,3 faiz artması da bunu sübut edir. Avropa Yenidənqurma və İnkişaf Bankının cari ildə Azərbaycana 250 milyon dollardan artıq sərmayə yatırmağı planlaşdırması qeyri-neft sektorunun inkişafına stimul verəcək və təbii ki,uğurlarımız daha da artacaq. Dövlət başçısının bu sahəyə xarici investisiyanın cəlbi ilə bağlı tapşırığı da var.

Pandemiyadan zərər çəkmiş sahələrə kredit dəstəyi verilməsi üçün ciddi dövlət proqramı imkan verəcəkdir ki, biz bu təbii fəlakətin ağır təsirlərindən uğurla çıxaq.

Hə, necədir, vətənşüvənlər? Bu qısa təqdimatımdan Prezident İlham Əliyevin rəhbərliyi altında sabahı bu günündən daha parlaq Azərbaycanı təsəvvürünüzdə canlandıra bildinizmi? İnanmıram ki, özünüzə bu pisliyi edəsiniz. Çünki o parlaqlıq gözlərinizi kor edər. Siz özünüzün kor və kar halınızdan çox məmnunsunuzsa, elə beləcə də qalın. Onsuz da yel qayadan heç nə apara bilməz. Çünki qaya nəhəngdir, möhkəmdir".

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qartallar böyük lələkləri olan nəhəng quşlardır. Bir qanadından lələyi itirəndə quş digərindən simmetrik şəkildə yerləşmiş lələyi itirir - bu ideal aerodinamikanı saxlamaq üçün lazımdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR