Dərc edildi: Baxış sayı: 706
İlham Əliyevin Mozambik Respublikasının Prezidenti Zati-aliləri cənab Filipe Jasinto Nyusiyə məktubu
Mozambik Respublikasının Prezidenti Zati-aliləri cənab Filipe Jasinto Nyusiyə
Hörmətli cənab Prezident,
Mozambik Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.
Ümidvaram ki, Azərbaycan-Mozambik münasibətləri daim dostluq və əməkdaşlıq zəminində inkişaf edəcəkdir.
Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Mozambik xalqına əmin-amanlıq və rifah arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 22 iyun 2017-ci il.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət