İlham Əliyevin Hindistan Respublikasının Prezidenti Zati-aliləri cənab Pranab Mukherciyə məktubu
Hindistan Respublikasının Prezidenti Zati-aliləri cənab Pranab Mukherciyə
Hörmətli cənab Prezident,
Milli bayramınız – Respublika günü münasibətilə Sizi və bütün Hindistan xalqını Azərbaycan xalqı adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.
Azərbaycan-Hindistan əlaqələri zəngin ənənələrə malikdir. Ümidvaram ki, dövlətlərarası münasibətlərimizin, dostluq və əməkdaşlığımızın inkişafı yolunda səylərimizi xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da davam etdirəcəyik.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Hindistan xalqına daim əmin-amanlıq və rifah arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 23 yanvar 2014-cü il
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət