İlham Əliyevin Avstraliya İttifaqının General-Qubernatoru Zati-aliləri xanım Kventin Braysa məktubu
Avstraliya İttifaqının General-Qubernatoru Zati-aliləri xanım Kventin Braysa
Hörmətli xanım General-Qubernator,
Milli bayramınız – Avstraliya günü münasibətilə Sizə və xalqınıza Azərbaycan xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi yetirirəm.
Son illərdə Azərbaycan-Avstraliya əlaqələrinin genişlənməsi məmnunluq doğurur. Ümidvaram ki, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımızın inkişafı yolunda bundan sonra da birgə səylər göstərəcəyik.
Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Avstraliya xalqına daim əmin-amanlıq və rifah diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 23 yanvar 2014-cü il
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət