Dərc edildi: Baxış sayı: 465
İlham Əliyev Tokayevə zəng etdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 10-da Qazaxıstanın Respublikasının Prezidenti Qasım-Jomart Tokayevə telefonla zəng edib.
Axar.az xəbər verir ki, dövlət başçısı Qasım-Jomart Tokayevə prezident seçkilərində qələbə qazanması münasibətilə təbriklərini çatdırmış, ona prezidentlik fəaliyyətində uğurlar arzulayıb.
Dövlət başçıları Azərbaycanla Qazaxıstan arasında dostluq əlaqələrimizin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliklərini bildirib, ikitərəfli münasibətlərin perspektivləri ilə bağlı fikir mübadiləsi aparıblar.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət