Dərc edildi: Baxış sayı: 1480
İlham Əliyev Şuşada məktəb tikintisinə vəsait ayırdı - SƏRƏNCAM
Prezident İlham Əliyev Şuşa şəhərində yeni ümumtəhsil məktəbinin tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Ens.Az-ın məlumatına əsasən,bununla bağlı AZƏRTAC məlumat yayıb.
Sərəncama əsasən, Şuşa şəhər 1 nömrəli 960 şagird yerlik tam orta məktəbin layihələndirilməsi və tikintisi məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 3 milyon manat vəsait ayrılır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlətDaha Çox