Slimfit
  1. SİYASƏT

İlham Əliyev Oksfordda Almaniya kansleri ilə görüşüb

İlham Əliyev Oksfordda Almaniya kansleri ilə görüşüb
Sakura

İlham Əliyev Oksfordda Almaniya kansleri ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 18-də Oksfordda qarşı tərəfin müraciətinə əsasən Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə görüşüb.

Ens.az Report.az-a istinadən xəbər verir ki,söhbət zamanı Prezident İlham Əliyevin bu ilin aprelində Almaniyanın paytaxtı Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirakı məmnunluqla xatırlandı, bu çərçivədə Olaf Şolts ilə keçirilmiş görüş və müzakirə olunan məsələlər bir daha vurğulandı.

Almaniya Kansleri Ermənistan ilə Azərbaycan arasında sülh gündəliyini dəstəklədiyini diqqətə çatdırdı. Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Almaniya Kanslerinin təşəbbüsü ilə Azərbaycan Prezidentinin Kansler Olaf Şolts və Ermənistanın baş naziri Nikol Paşinyan ilə keçirilmiş birgə görüşünün vacibliyi bildirildi.

Bunun ardınca Almaniya tərəfinin dəstəyi və ev sahibliyi ilə Azərbaycanın və Ermənistanın xarici işlər nazirlərinin görüşünün keçirildiyi qeyd olundu.

Dövlətimizin başçısı Ermənistan ilə Azərbaycan arasında danışıqlar prosesinin tərkib hissəsi kimi sərhədlərin delimitasiyası və demarkasiyası istiqamətində əldə olunmuş uğurları xüsusi qeyd etdi, delimitasiya prosesi ilə əlaqədar sənədlərin razılaşdırıldığını və prosesin bu xətt üzrə davam edəcəyini bildirdi.

Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan sülh gündəliyini, sülh müqaviləsinin tezliklə imzalanmasını və sülh prosesini dəstəkləyir. Amma bunun üçün, ilk növbədə, Ermənistanın konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünə qarşı iddialar və Azərbaycanın Qarabağ regionunun Ermənistanla birləşməsini nəzərdə tutan müddəalar dəyişdirilməli, konstitusional əsasda Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına son qoyulmalıdır.

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqtonda ABŞ Dövlət katibi Antoni Blinkenin dəstəyi ilə keçirilmiş görüşündə də bu məsələlərin müzakirə olunduğu vurğulandı.

Görüşdə COP29-la əlaqədar hazırlıq prosesi müzakirə olundu. Azərbaycan ilə Almaniyanın bu sahədəki əməkdaşlığı təqdir edildi və yüksək qiymətləndirildi.

Dövlətimizin başçısı vurğuladı ki, Azərbaycan COP29-la əlaqədar dünya ölkələri, xüsusilə Qlobal Cənub və Qlobal Şimal arasında konsensusun qurulması, həmrəyliyin artırılması istiqamətində səylərini bundan sonra da davam etdirəcək.

Söhbət zamanı Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə yüksək qiymətləndirildi.

Almaniya ilə Azərbaycan arasında ikitərəfli əlaqələrin müxtəlif aspektlərinə dair fikir mübadiləsi aparıldı və qarşılıqlı maraq doğuran məsələlər müzakirə olundu.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sinqapurda Gardens by the bağındakı böyük süni ağaclar. Onlar təkcə gözəllik üçün deyil, həmçinin üzərində quraşdırılmış günəş batareyaları sayəsində enerji toplayırlar.

Redaktor seçimi

SON XƏBƏRLƏR