Dərc edildi: Baxış sayı: 357
İlham Əliyev Laçına xüsusi nümayəndə təyin etdi
Prezident İlham Əliyev Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin təyin edilməsi haqqında Sərəncam imzalayıb.
Ens.az sərəncamın mətnini təqdim edir:
1. Məsim Əhməd oğlu Məmmədov Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilsin.
2. “Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 28 mart tarixli 3806 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 3, maddə 411 (Cild I) ləğv edilsin.
3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət