Slimfit
  1. AZƏRBAYCAN

İlham Əliyev: «İnvestorlar gəlib - Orada otel tikəcəklər»

İlham Əliyev: «İnvestorlar gəlib - Orada otel tikəcəklər»
Sakura

İlham Əliyev: «İnvestorlar gəlib - Orada otel tikəcəklər»

Azərbaycanda dəmiryol şəbəkəsinin genişlənməsi və ölkənin turizm bölgələrinədək yayılması bu ərazilərə investorların marağını da artıra bilər. FED.az xəbər verir ki, bu barədə prezident İlham Əliyevin «Azərbaycan Dəmir Yolları»nın rəhbəri Cavid Qurbanovu qəbul edərkən bildirib.

Dövlət başçısı Ələt-Astara dəmir yolunda görülən işlərlə maraqlandıqda Cavid Qurbanov xatırladıb ki, Lənkəran şəhərinin gözəlliyini, dənizə yaxınlığını, dənizi qorumaq üçün, ekologiyası üçün həmin yolun kənardan aparılması tapşırığı verilib:  «Bu gün biz o yolla məşğuluq. Bütün layihələndirmə işləri görülüb. Siz dediyiniz kimi, Astara-Astara yolunun 17 kilometrlik hissəsi artıq tikilib. Həm körpü inşa olunub, həm də o tərəfdə bizim böyük terminal tikilib. Terminal bu gün işləyir. İlin axırınadək orada daha 7-8 yol tikəcəyik. Avtomobil yolları da tikiləndən sonra orada bir dənə avtomobil terminalı tikmək lazım gələcək. Yəqin ki, bizim oradakı ərazimizdə tikiləcək. Dəmir yolu ilə daşımalarda artım var, bu gün maraq çoxdur».

İlham Əliyev qeyd edib ki, həmin yol yenidən qurulmalıdır, ilk növbədə yük daşımalarını sürətləndirmək üçün: «Mövcud yol artan yükdaşımanı öz üzərinə götürə bilməz. Bu, faktdır və sürət də çox aşağıdır. Yol düz dəniz qırağı ilə gedir, həm təhlükəlidir, həm də ki, vaxt baxımından səmərəli deyil». Digər tərəfdən, çəkilən yol Lənkəranın turizm potensialını daha da artırmalıdır: «Son illərdə orada otellər, istirahət zonaları tikilib. Biz Bakı-Lənkəran avtomobil yolunu yenidən qurmuşuq. Demək olar ki, heç bir şəhərə girməyən və məsafə baxımından təqribən 60-70 kilometr daha qısa yoldur. Ona görə vətəndaşlar tam rahatlıqla gedirlər. Odur ki, o dəmir yolunu sahildən başqa istiqamətə keçirmək, əlbəttə ki, böyük əhəmiyyət daşıyır. Beləliklə, Lənkəranın sahil zonası da turizm üçün açıq olacaq, iş adamları, investorlar gələcək, orada otellər tikəcək. Çünki orada çox gözəl sahil zonası vardır və biz bundan istifadə etməliyik».

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kaliforniya, ABŞ

Redaktor seçimi

SON XƏBƏRLƏR