Dərc edildi: Baxış sayı: 483
İlham Əliyev institut direktorunu təltif etdi
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Vaqif Məcid oğlu Fərzəliyevin “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Bununla bağlı AZƏRTAC məlumat yayıb.
Sərəncama əsasən, Azərbaycanda elmin inkişafında xidmətlərinə görə Vaqif Məcid oğlu Fərzəliyev “Şərəf” ordeni ilə təltif edilib.
Vaqif Məcid oğlu Fərzəliyev kimyaçı alim, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki, AMEA-nın akademik Ə. Quliyev adına Aşqarlar Kimyası İnstitutunun direktoru, professor, kimya üzrə elmlər doktorudur.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət