Dərc edildi: Baxış sayı: 505
İlham Əliyev generalı işdən çıxardı
Prezident İlham Əliyev dekabrın 18-də Asəf Quliyevin Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini – “Naxçıvan” əlahiddə sərhəd diviziyasının komandiri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Oxu.Az-ın xəbərinə görə, müvafiq sənəd “Nuhçıxan” agentliyinin saytında yerləşdirilib.
Dövlət başçısının digər sərəncamı ilə Niyaməddin Məhərrəm oğlu Tağıyev Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini – “Naxçıvan” əlahiddə sərhəd diviziyasının komandiri təyin edilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət