Slimfit
  1. SİYASƏT

İlham Əliyev: "Ermənistan bu günə qədər öz itkiləri haqqında məlumat vermir"

İlham Əliyev: "Ermənistan bu günə qədər öz itkiləri haqqında məlumat vermir"
Sakura

İlham Əliyev: "Ermənistan bu günə qədər öz itkiləri haqqında məlumat vermir"

"Biz düşməni torpaqlarımızdan qovduq, ərazi bütövlüyümüzü bərpa etdik. Ona görə 3 minə yaxın şəhidimizin həyatdan getməsi, əlbəttə, böyük faciədir. Ancaq Ermənistan bu günə qədər öz itkiləri haqqında məlumat vermir. Bizdə olan və bilirəm ki, müstəqil ekspertlərdə olan məlumatlara əsasən, onların itkiləri ən azı 7-8 mindir. Bunu həm əməliyyatların gedişatı göstərir, eyni zamanda, bizim videotəqdimatlarımız göstərir, ermənilərin məhv edilmiş, qənimət kimi götürülmüş hərbi texnikası göstərir. Biz 336 düşmən tankını ya məhv etmişik, ya da qənimət kimi götürmüşük. İndi saysınlar, hesablasınlar, bir tankda neçə nəfər oturur. Biz yüzlərlə zirehli texnikanı, yüzlərlə hava hücumuna qarşı müdafiə sistemlərini məhv etmişik. Böyük sayda artilleriya qurğularını məhv etmişik. Hər bir artilleriya qurğusu yanında ən azı 3-4 nəfər olur. Əgər təkcə bunları hesablasaq, real mənzərə üzə çıxır. Ona görə hesab edək ki, onların itkisi 7-8 mindən də çoxdur. Bu, nəyi göstərir? Bizim hərbçilərimizin qəhrəmanlığını, peşəkarlığını göstərir. Planlaşdırılan əməliyyatların düzgünlüyünü göstərir. Bir daha demək istəyirəm, hər bir əməliyyatı planlaşdırarkən deyirdim ki, itkilər minimum olsun".

"Ens.az" “Report”a istinadla  xəbər verir ki,bu fikirləri Prezident İlham Əliyev Bakının Binəqədi rayonunun Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində çıxışı zamanı deyib.

"Bəzən buna görə biz bəzi əməliyyatları təxirə salırdıq, bəzi əməliyyatları bir qədər sonra keçirirdik. Çünki görürdük, itkilər çox ola bilər. Əlbəttə, 10 noyabrda Ermənistanın imzaladığı kapitulyasiya aktı bizə imkan verdi ki, minlərlə gəncin həyatını qoruyaq. Çünki əgər Ermənistan kapitulyasiya aktını imzalamasaydı və müharibə davam etsəydi, təbii ki, biz dayanmayacaqdıq. Çünki mən müharibə dövründə dəfələrlə demişəm ki, biz dayanmağa hazırıq. Müharibənin ilk günlərində demişəm, qoy, Ermənistan rəhbəri bizə tarix versin, onlar bizim torpaqlarımızdan nə vaxt çıxırlar, biz müharibəni dayandırmağa hazırıq. Biz müharibə istəmirik. Ancaq onlar bizə o vaxt tarix verdilər ki, artıq biz Şuşanı geri götürdük və 300-dən çox yaşayış məntəqəsini azad etdik. Amma əgər noyabrın 10-da Ermənistan tərəfindən kapitulyasiya aktı imzalanmasaydı, biz dayanmayacaqdıq. Bizim növbəti əməliyyat istiqamətləri bəlli idi. Ancaq itkilər çox olacaqdı: həm Ağdamda, həm də Kəlbəcər və Laçında. Çünki onlar Ağdamı elə bir istehkama çevirmişdilər ki, şərq tərəfdən ora girmək çox böyük təhlükə idi. Əlbəttə, Şuşa götürüləndən sonra, Hadrut, Füzuli bizim əlimizdə olandan sonra təbii ki, Ağdamda erməni hərbi qruplaşması mühasirəyə düşəcək və məhv olacaqdı. Amma biz də itkilər verəcəkdik. Kəlbəcər və Laçın rayonlarının təbii relyefi, iqlimi, hava şəraiti bizim işimizi çox çətinləşdirə bilərdi, xüsusilə nəzərə alsaq ki, qış gəlirdi. Qış orada çox sərt keçir. Dağlarda qar heç ərimir. Deyə bilərəm ki, biz o istiqamətdə Azərbaycan-Ermənistan sərhədinə ancaq may ayında çıxa bilmişik. Çünki yol yoxdur, necə deyərlər, heç cığır belə yoxdur. O bölgələrdə sovet dövründə yaşayış məntəqələri olmayıb. Biz oraya ancaq qar əriyəndən sonra çıxa bilmişik. Ona görə bizim müharibə dövründə apardığımız işlər tam dəqiqliyi ilə aparılmışdır. Hədəfə hesablanmış addımlar idi - vaxtında hər şeyi etdik, vaxtında dayandıq. Ərazi bütövlüyümüzü bərpa etdik və minimum itkilər verdik", - dövlət başçısı bildirib.

 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Artıq qorxmağa ehtiyac yoxdur

Redaktor seçimi

SON XƏBƏRLƏR