İlham Əliyev: “Azərbaycanda pandemiya ilə bağlı vəziyyət nəzarətə götürülüb”
“Pandemiya bütün dünya üçün böyük problem olmaqda davam edir”.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 76-cı sessiyasında videomüraciət formatında çıxışı zamanı deyib.
“Dövlət əvvəldən əhalini qorumaq və pandemiyanın mənfi nəticələrini minimuma endirmək üçün addımlar atdı”, - İlham Əliyev deyib.
Prezident bildirib ki, Azərbaycanda yanvarın ortalarından etibarən peyvənd kampaniyasına başlayıb. İlham Əliyev pandemiya ilə bağlı vəziyyətin nəzarətə götürüldüyünü və karantin rejimi qaydalarının tədricən yumşaldıldığını əlavə edib.
Dövlət başçısı Azərbaycanın pandemiya ilə mübarizədə göstərdiyi səylərin beynəlxalq səviyyədə tanındığını qeyd edib və ölkənin bununla bağlı bütün tədbirləri özünün maliyyə imkanları hesabına həyata keçirdiyini vurğulayıb.
“Pandemiya ilə mübarizə çərçivəsində Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar ayırdıq və 30-dan çox ölkəyə humanitar yardım göndərdik”, - Prezident deyib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət