Dərc edildi: Baxış sayı: 199
İlham Əliyev: "Azərbaycan və Bolqarıstan arasında ticarət dövriyyəsinin artırılması üçün səylər göstərilməlidir"
"Enerji sahəsi ilə yanaşı, digər sahələrdə də Azərbaycan-Bolqarıstan əməkdaşlığının inkişafı üçün potensial var, ticarət dövriyyəsinin artırılması üçün səylər göstərilməsi vacibdir".
"Ens.az" “Report”a istinadla xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Bolqarıstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ruslan Stoyanovun etimadnaməsini qəbul edərkən bildirib.
Ölkələrimiz arasında qarşılıqlı siyasi fəaliyyətin yaxşı səviyyədə olduğunu vurğulayan dövlətimizin başçısı səfirlə söhbət əsnasında Azərbaycan-Avropa İttifaqı və Azərbaycan-NATO əməkdaşlığında Bolqarıstanın rolunu qeyd edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət