Dərc edildi: Baxış sayı: 300
İlham Əliyev: Azərbaycan təbii qazını Avropa məkanına etibarlı yollarla nəql edir
Azərbaycan təbii qazını Avropa məkanına etibarlı yollarla nəql edir.
Ens.az Report.az-a istinadən xəbər verir ki,bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Slovakiyanın Baş naziri Robert Fitso ilə mətbuata bəyanatında deyib.
Avropaya təchizatın 2021-ci ildəki 8 milyard kubmetrdən bu il 12 milyard kubmetrə qədər qalxacağını söyləyən dövlətimizin başçısı bildirib ki, bu, Azərbaycanın ümumi qaz ixracının 50 faizini təşkil edir. “Bizim planlarımızda 2027-ci ilin sonuna qədər təkcə Avropa İttifaqı məkanına 20 milyard kubmetr qazın nəql edilməsi məsələsi dayanmışdır və mən hesab edirəm ki, biz buna nail olacağıq”, - deyə Prezident vurğulayıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət